Yaz təhlükəsi: ruhi pozğunluqlar niyə bu mövsümdə artır?
Dogru.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Yaz aylarında ruhi vəziyyətin pisləşməsi ilə bağlı yayılan fikirlər əslində düşündüyümüz qədər sadə deyil.
Doğru.az xəbər verir ki, psixiatr və narkoloq, Dr. İsaev Klinikasının direktoru Ruslan İsaev bildirib ki, məsələ mövsümün özündə deyil, insanların ətraf mühit dəyişikliklərinə verdiyi psixoloji reaksiyadadır. Onun sözlərinə görə, yazda günlərin uzanması, yuxu rejiminin dəyişməsi və aktivliyin artması psixikaya təsirsiz ötüşmür.
Mütəxəssis qeyd edib ki, bu dəyişikliklər xüsusilə həssas insanlarda sirkadian ritmlərin pozulması və neyrobioloji balansın dəyişməsi ilə nəticələnə bilər. Bu isə bəzi hallarda affektiv pozğunluqların güclənməsinə səbəb olur.
İsaev vurğulayıb ki, bu, hər kəs üçün təhlükə demək deyil, lakin bəzi insanlarda qeyri-sabitlik yarana bilər. Əsas diqqət edilməli məqam isə əhval-ruhiyyədə dəyişiklik, yuxu pozuntusu, həddindən artıq aktivlik və ya əksinə, təcrid olunma, maraq itkisi kimi əlamətlərdir.
Həkim əlavə edib ki, yaz müstəqil risk faktoru deyil, lakin meylli insanlarda ruhi problemlərin üzə çıxması üçün uyğun zəmin yarada bilər. Bu səbəbdən belə hallarda vaxtında mütəxəssisə müraciət etmək vacib sayılır.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 22 Mart 2026 09:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















