Icma.az
close
up
RU
Yazan da var, alan da” Alim,, Xalq şairi, Xalq artisti bir arada

Yazan da var, alan da” Alim,, Xalq şairi, Xalq artisti bir arada

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün Azərbaycan Yazıçılar Birliyində (AYB) görkəmli yazıçı, şair, nasir, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Nizami Gəncəvi mükafatının sahibi Seyran Səxavətin üç cildlik kitabının xeyriyyə satışı və imza günü keçirilib.

Seyran Səxavət "Cebheinfo.az"-a açıqlamasında tədbir haqqında danışıb:

"Müəllif uzun danışmaz. Qısa danışacağam. Çünki kitab haqqında danışmazlar, onu oxuyarlar. Kitabın içində daha çox informasiya və dəyər var. Bu gün bura gələn hər kəsə xüsusi təşəkkür edirəm. Çox sağ olsunlar. Onlar Seyranın yanına yox, Azərbaycan sözünün yanına gəliblər. Sonra deyirlər ki, kitab alan yoxdur. Bu gün biz o stereotipi qırdıq, ləvğ etdik. Sübut etdik ki, yazan da var, alan da". 

Tədbirdə iştirak edən qonaqlardan biri, sabiq deputat, Xalq şairi Sabir Rüstəmxanlı bildirib ki,  Seyran Səxavətin seçilmiş əsərlərinin 3-cü, 4-cü və 5-ci cildlərinin təqdimatı keçirildi:

"Tədbirin ən önəmli tərəfi ondan ibarətdir ki, bu kitablar Mədəniyyət Nazirliyi tərəfindən nəşr edilib. Bu, onların yazıçılara göstərdikləri diqqət və qayğının nümunəsidir. Arzu edərdim ki, bu ənənə davam etsin. Seyranın qələm dostları və onu sevənlər bu təqdimatda bir araya gəldilər. Ümumiyyətlə, Seyran Səxavət ədəbiyyatımızda özünəməxsus yeri olan yazıçıdır. Vaxtilə biz bir yerdə yaradıcılığa şair kimi başlamışdıq, daha sonra isə nəsrə keçdik. Onun çox dəyərli nəsr əsərləri var.

Yubileyi də yaxınlaşır və bu təqdimat onun yubiley ərəfəsində oxucuları ilə maraqlı bir görüş oldu. Tədbirdə onu təbrik etdik. Sizin informasiya xətti vasitəsilə də bir daha təbrik edirəm. Ona can sağlığı və yaradıcılıq uğurları arzu edirəm". 

Xalq artisti Mənsum İbrahimov qeyd edib ki, Seyran Səxavətin yaradıcılığını sevir:

"Onu ürəkdən təbrik edirəm. O, xalqımızın sevdiyi bir nasir və şairdir. Onun əsərlərini həmişə sevə-sevə oxuyuram, evimdə də onun əsərləri var. Bu gün isə onun üçcildlik seçilmiş əsərlərini də əldə etdim. Bu münasibətlə bir daha təbrik edir, arzu edirəm ki, Allah ona sağlam ömür bəxş etsin. Xoşbəxt sənətkardır ki, artıq doğulduğu torpaq da azaddır. Ümid edirəm ki, o, bundan sonra da yeni-yeni əsərləri ilə xalqımızı sevindirməyə davam edəcək.”

Dünya şöhrətli alim, professor Rafiq Əliyev qeyd edib ki, Seyran Səxavəti uzun illərdir tanıyır və onu həm bir şəxsiyyət, həm gözəl insan, həm də dəyərli dost kimi yüksək qiymətləndirir:

“Seyran bəyi mən çoxdan tanıyıram. O, həm bir şəxsiyyət, həm gözəl insan, həm də dəyərli bir dost kimi hər zaman nümunə olub. Amma bütün bunlardan öncə Seyran bəy çox böyük bir yazıçı, görkəmli bir şairdir. Onun xüsusən ictimai fikir yükü daşıyan əsərləri geniş şəkildə yayılıb və oxucuların rəğbətini qazanıb. Eyni zamanda, onun “İlk məhəbbət, son məhəbbət”i Azərbaycan lirikasının şah əsərlərindən biridir. Habelə “Nekroloq” romanı təkcə Azərbaycan ədəbiyyatında yox, dünya ədəbiyyatında da ən seçilən əsərlər arasında yer alır. Düşünürəm ki, bu günə qədər topladığı təcrübə, zəngin düşüncəsi və dərin hissləri Seyran bəyə bundan sonra da daha güclü və təsirli əsərlər yaratmağa imkan verəcək".

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Noyabr 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see229

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see199

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see175

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see168

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see156

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see145

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see137

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see129

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see128

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri