Icma.az
close
up
RU
Yazıçı Anar: Günahım yoxdur. ona görə də əl uzatmıram”

Yazıçı Anar: Günahım yoxdur. ona görə də əl uzatmıram”

Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevin Xalq yazıçısı Elçin Əfəndiyevin vida mərasimində etdiyi çıxış geniş müzakirələrə səbəb olub.

Mia.az-ın məlumatına görə, A.Rzayev çıxışında taleyin ironiyasına diqqət çəkərək bildirib ki, artıq dostlarının vida mərasimlərində, dəfnlərində çıxış edir. O, tənha qaldığını, yaxın dostlarının tədricən dünyadan köçdüyünü qeyd edib.

Sitat: “Elçin mənim üçün yalnız istedadlı yazıçı yox, həm də çox vəfalı və etibarlı dost idi. İndi bilmirəm kimə zəng edəcəyəm. Artıq neçə illərdir ki, dostlarımın dəfn mərasimlərində çıxış edirəm. Bu, mənim üçün çox ağırdır”.

Çıxışı zamanı yazıçının kövrəlməsi, ağlaması da görənləri xeyli duyğulandırıb.

Anarın yaşıddaşı olan şair və yazıçıların sırası seyrəlsə də o nəslin nümayəndələrin də hələ yaşayanlar var. Şair Məmməd İsmayıl və Ramiz Rövşənlə də Anarın normal münasibətlərinin olduğu deyilir. Amma o, Elçin Əfəndiyevlə daha yaxın dostluq edirmiş. Buna görə də onun həyatdan köçməsi AYB sədrini sarsıdıb. Anar Rzayevin bir yaşıddaşı da yazıçı Əkrəm Əylislidir. Amma onlar uzun illərdir küsülüdürlər. Bu haqda hər iki yazıçı müxtəlif vaxtlarda mətbuata açıqlama veriblər.

Globalinfo.az-a danışan Anar Rzayev deyib ki, dostluq etdiyi bir neçə şəxs var.

O, Əkrəm Əylisli ilə küsülü olmadığını bildirib:

“İnanın ki, heç kimlə küsülü deyiləm. Ramiz Rövşən cavan olsa da ən yaxın dostlarımdan biridir. Sadəcə, Elçin Əfəndiyev mənimlə həmyaşıd idi. Məmməd İsmayılla da hər zaman gözəl münasibətlərim olub. Əkrəm Əylisli ilə barışmaq məsələsinə gəlincə isə, o məndən inciyib. Barışmaq istəyirsə, buyursun, barışıq əlini uzatsın. O yaşım deyil ki, kiməsə nəyisə izah edib, addım atam. Çünki baş verənlərdə mənim heç bir günahım yoxdur. Ona görə də əl uzatmıram”.

MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://mia.az
archiveBu xəbər 05 Avqust 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see253

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see191

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see161

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see159

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see145

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see141

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see139

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see135

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see133

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see130

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see129

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri