Icma.az
close
up
RU
Yazıçı Aqşın Ağkəmərli vəfat etdi

Yazıçı Aqşın Ağkəmərli vəfat etdi

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Bu gün səhər saatlarında Azərbyacan Respublikasında yaşayan Güney azərbaycanlı folklorşünas, tədqiqatçı və yazıçı Aqşın Ağkəmərli vəfat edib.

Kult.az xəbər verir ki, bu haqda onun ailəsi məlumat yayıb.

Aqşin Ağkəmərli 1960-cı ildə Güney Azərbaycanın Şəbüstər mahalının İskəmər kəndində anadan olub. Kiçik yaşlarından ailəsi ilə birlikdə Tehrana köçüb və orta məktəbi orada bitirib. 1996-cı ildə Tehrandakı Milli Universitetin Tibb fakültəsini stomatologiya ixtisası üzrə başa vurub, bir müddət Kərəc, Talağan və Tehranda həkim işləyib.

Bədii yaradıcılığa orta məktəb illərində farsca yazdığı şeir və hekayələrlə başlayıb. Bakıda və Tehranda yayımlanan “Kibritçi qız” (1990), “Dondurmaçı” (1995), “Bizi yaşadan tarix” (2001), “Öpdüm Arazı” (2016) kimi şeir və hekayələr kitablarının müəllifidir.

Azərbaycan şairlərindən Mikayıl Müşfiq, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Xəlil Rza Ulutürk, Nəriman Həsənzadə və başqalarının şeirlərini ərəb əlifbasına çevirərək İranda nəşr etdirib. O, həmçinin bir çox Azərbaycan şairlərinin əsərlərinin redaktoru, tərtibçisi və ön sözünün yazarıdır.

A.Ağkəmərlinin baş redaktorluğu ilə 1990-cı ildən Tehranda fars və türk dillərində “Mişov dağı” adlı rüblük ədəbi dərgi nəşr olunur. Dərginin səhifələrində davamlı olaraq Azərbaycan ədəbiyyatı, mədəniyyəti və incəsənətinin təbliğinə geniş yer verilir.

Aqşin Ağkəmərli çağdaş Güney Azərbaycan ədəbiyyatında şair, nasir və publisist kimi tanınır. 1990-cı ildən Bakıda və Tehranda yaşayırdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://axar.az
archiveBu xəbər 14 Oktyabr 2026 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see405

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see323

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see243

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see235

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see225

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see216

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see216

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see214

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see210

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see204

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see193

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see192

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see183

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see183

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see178

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri