Icma.az
close
up
RU
Yazıçılardan həbsdə 300 kitab oxuduğunu deyən Rəqsanəyə tənqid “Bəlkə də borcundan danışırmış”

Yazıçılardan həbsdə 300 kitab oxuduğunu deyən Rəqsanəyə tənqid “Bəlkə də borcundan danışırmış”

Icma.az bildirir, Yenisabah portalına istinadən.

“Rəqsanədir də. Sözdür, deyir. Sözə görə adamı tutmurlar ki. Guya 400-500 kitab oxumuşam desəydi nə olacaqdı? Azərbaycan xalqına o qədər yalanlar danışırlar ki, Rəqsanənin də elə deməsi problemli bir şey deyil. Deyir də özü üçün”.

Bu sözləri “Yeni Sabah”a yazıçı Kəramət Böyükçöl deyib. O bildirib ki, Rəqsanə bəlkə də borcundan danışırmış, çaşıb kitab sözünü də yanında işlədib:

“Heç kəs gedib ona bu haqda sual verməyəcək. Heç kəs də bilməyəcək ki, o, 300 kitab oxuyub, ya yox. Konstitusiyaya görə, hər kəsin yaradıcılıq azadlığı var.

Bütün hallarda yaxşı işdir. Kitab oxuyub.

Bəlkə də Rəqsanə borcundan danışırmış. Demək istəyirmiş ki, 500 min ödəyib, 300 min də qalıb. Söhbət əsnasında da 300 min demək istəyəndə sözün yanına kitab ifadəsi düşüb. Hamı da elə başa düşüb ki, kitab oxuyub”.

Yazıçı Aqşin Yenisey isə məsələyə belə münasibət bildirib:

“O cür adamlar desə ki, özümə vəhy gəldi, göydən də kitab endi, buna inanmaq lazımdır. Başqa heç nə deyə bilmərəm”.

Yazıçı Şərif Ağayar isə qeyd edib ki, bizim sənət adamlarında ciddi mütaliə problemi var:

“Heç olmasa 300 günə 300 kitab oxuyardı. Təbii ki, bu mümkün olan bir şey deyil. Düşünürəm ki, o, burada mübaliğədən istifadə edib. El arasında istifadə edilən “100 ildir səni gözləyirəm” tipli ifadələr kimi. Lakin yenə də Rəqsanə xanıma hər zaman azadlıq arzu edirəm. Heç bir sənət adamının tutulmasını istəmərəm. Ümumilikdə bizim sənət adamlarının, müğənnilərin ciddi mütaliə problemləri var. Faiq Ağayev, Nura Suri kimi ifaçılara baxanda hiss edirik ki, onlar mütaliəli adamlardır. Mən belə insanları səsindən tanıyıram. Rəqsanə isə o sıraya aid deyil. Kitab oxuyanlardan deyil. Röyanı çox sevirəm, lakin hər zaman yazılarımda da qeyd edirəm ki, kaş 5-6 ciddi kitab oxuyardı. Ağzını açan kimi bilirsən ki, kitabdan uzaqdır.

Sizin sayt vasitəsiylə onların hər birini sərgilərimizə dəvət edirəm. Onlara bələdçilik edib, maraqlı kitablarla tanış edə bilərəm. Həm milli, həm beynəlxalq, həm də xarici sərgilərdə onları görmək istəyirəm. Onlar biz, biz də onlara dəstək ola bilərik”.

Yazıçı kitab oxumayan adamların başının balacalaşdığını bildirib:

“Bizim ifaçılar cəmi 300 söz bilir, onu da 30 il istifadə edirlər. Variantlar qutaranda sarsaqlamağa başlayırlar. Bunu aradan qaldırmaq üçün mütaliə vacibdir. İnsanın nə qədər istedadı olsa da, mütaliə etmədikcə manıslaşır. Onları bundan xilas edən tək şey kitabdır. Müğənnidən tutmuş, saç ustasına qədər. Bu sözlərim hamıya aiddir. Bizim müğənnilərin əsas fikri toyxanalarda pul yığmaqdan ibarətdir. 

300 dediz, yadıma Yıldız Tilbe düşdü. O bir ayda 300 kitab oxumasa da, 300 kitab almışdı. Kitab mağazası onu bir fakt kimi açıqlamışdı. Ona görə də Yıldız Tilbe hər zaman müsahibələrində, çıxışlarında öz intellekti ilə seçilir. İbrahim Tatlıses haqqında demişdi ki, mərmi onun başına girdi, amma beyin tapmayıb çıxdı. İbrahim ona çox ilişdiyi üçün belə fikir səsləndirmişdi. Bunun üçün istedad yox, intellekt lazımdır. O mahnıları ilə hətta Ramiz Rövşənə belə meydan oxuyur. 

Mütləq mütaliə lazımdır. Vacibdir. Mənim Rəqsanə xanıma da antipatiyam yoxdur. Sadəcə oxumasını arzu edirəm”. 

Aydan Hacı 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 13 Dekabr 2025 18:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see231

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see224

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see188

Ramiz Mehdiyevin etdiyi hərəkətlər onun Akademiyada qalmasına imkan vermir İsa Həbibbəyli

12 Dekabr 2025 12:34see168

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see163

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see150

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see149

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see145

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see141

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see137

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see135

Ermənistan hələ 3+3 formatına qoşulmağa və iştirak etməyə hazır deyil Millət vəkili

12 Dekabr 2025 14:33see134

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see134

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see133

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see132

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see132

Azərbaycan Ərdəbil ilə investisiya üzrə birgə fəaliyyətini gücləndirə bilər FOTO

12 Dekabr 2025 04:52see130

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib

12 Dekabr 2025 00:17see128

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see128

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri