Icma.az
close
up
RU
Yazıçının bu statusu etiraza səbəb oldu: “Hüquqi tədbirlər görünməlidir”

Yazıçının bu statusu etiraza səbəb oldu: “Hüquqi tədbirlər görünməlidir”

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Dünən yazıçı, tərcüməçi Nadir Qocabəyli şəxsi “Facebook” hesabında qadınları və qızları təhqir edən status paylaşıb.

Onun paylaşdığı status cəmiyyətdə ciddi narazılığa və narahatlığa səbəb olub. Bundan sonra Nadir Qocabəyli statusunu silib və üzr istəyib. Lakin qadın təşkilatları onun iddialarının araşdırılmasını və cəzalandırılmasını istəyirlər.

Məsələ ilə bağlı “Cebheinfo.az”a açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, Nadir Qocabəyli paylaşdığı statusda qadınlara qarşı ayrı-seçkilik və düşmənçilik yolunu seçib.

Onun sözlərinə görə, bu sadə məsələ deyil, mütləq şəkildə buna reaksiya verilməlidir:

“Cənab Prezident 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan edib. Konstitusiyamızda qızların təhsil almaq, qadın və qızlara qarşı ayrı-seçkiliyin aradan qaldırılmasına xüsusi diqqət yetirilir.

Nadir Qocabəylinin paylaşdığı statusda qadınlara qarşı ayrı-seçkilik və düşmənçilik nitqi var. Həmçinin, çox qeyri-etik bir çağırışdır. İkincisi, orada cinayət faktı da var. Belə ki, məlumatı bilib və vaxtında hüquq-mühafizə orqanlarına məlumat verməməsidir. 

Təbii ki, əgər o məlumat düzdürsə. Ölkədə müəyyən mənada qadın-kişi, ailə münasibətlərinə, qız uşağı və azyaşlılara qarşı bu çox biədəb və xoşa gəlməyən çağırışlardır. 

Nəzərə alsaq ki, bunu yazan azyaşlı uşaq deyil, böyük dünyagörüşlü adamdır. O məsuliyyətini dərk etməli, dediyinin fərqində olmalıdır. Bilməlidir ki, yazdığı nədir və hansı nəticələtə gətirə çıxara bilər”. 

Mehriban Zeynalova qeyd edib ki, bu cür çağırışlar edən istənilən şəxs məsuliyyətə cəlb olunmalıdır, əks halda bu bir virus kimi yayılacaq:

“Çünki belə çağırışlar edənlər var. Dəfələrlə təklif etmişik ki, belə çağırışlar edənlər  həbs olmasa da, cərimənsin. Bu Konstitusiyaya qarşı çıxmaqdır. Düşünürəm ki, buna sıradan bir məsələ kimi baxılmamalıdır. 

Mütləq şəkildə bununla bağlı hüquqi tədbirlər görünməlidir. Əslində bəzi qadın QHT-lər yığılıb onu məhkəməyə də verə bilər. Ona görə bu cür hallara qarşı Daxili İşlər Nazirliyi ciddi tədbir görməlidir”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Fevral 2025 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see209

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see202

İlham Rəhimovun gömrükdə işləyən qohumu həbs edildi

11 Dekabr 2025 16:56see195

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see163

Xırdalanda ŞOK: qadın cinsi əlaqə istəyən ərinin başını yardı

11 Dekabr 2025 19:40see162

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see150

Zelenski yeni sülh planı vəd edir: Müharibə bu həftə dayanacaq? ŞƏRH

11 Dekabr 2025 17:36see150

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see148

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see145

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see139

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see139

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see137

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see133

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see131

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see131

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see130

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see130

Azərbaycan Ərdəbil ilə investisiya üzrə birgə fəaliyyətini gücləndirə bilər FOTO

12 Dekabr 2025 04:52see129

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see126

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri