Icma.az
close
up
RU
Yazın nəfəsi adlı rəsm sərgisi keçirilib

Yazın nəfəsi adlı rəsm sərgisi keçirilib

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Beynəlxalq Qalereya və “Abşeron” Gənclərin İnkişafı İctimai Birliyinin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş “Yazın nəfəsi” adlı rəsm sərgisi keçirilib. 

525.az xəbəri verir ki, layihə rəhbəri Aygün Əzizovanın olduğu sərgidə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Beynəlxalq Qalereyanın direktoru və layihə rəhbəri Elnurə İsgəndərova, “Abşeron” Gənclərin İnkişafı İctimai Birliyinin sədri Ayaz İsgəndərov, YAP Yasamal rayon təşkilatının və Beynəlxalq Qalereyanın əməkdaşları, media nümayəndələri, müxtəlif yaş qruplarından olan rəssamlar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında baş tutan sərgidə müxtəlif yaş qrupundan olan rəssamın əsərləri təqdim edilib. Sərgidə müxtəlif üslub və mövzularda hazırlanmış zəngin sənət nümunələri nümayiş olunub. 

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək bildirib ki, Novruz bayramı münasibətilə təşkil olunan rəsm sərgisi milli-mənəvi dəyərlərimizin və zəngin mədəni irsimizin təbliği baxımından əlamətdardır. Sərgidə nümayiş etdirilən əsərlərdə baharın gəlişi, təbiətin oyanışı və Novruz bayramının qədim adət-ənənələri yüksək bədii ustalıqla təsvir olunub. Rəssamların yaratdıqları tablolar səməni, tonqal, bayram süfrəsi və xalqımızın əsrlər boyu yaşatdığı dəyərləri rənglərin harmoniyası ilə təqdim edilib.

Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin qorunmasına və inkişafına daim böyük diqqət yetirmiş, Novruz bayramının dövlət səviyyəsində qeyd olunmasına xüsusi önəm vermişdir. Bu siyasət bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə milli bayramlarımızın və əlamətdar günlərin yüksək səviyyədə qeyd olunması ölkəmizdə milli birlik və həmrəyliyin daha da möhkəmlənməsinə xidmət edir. Bu gün artıq Novruz bayramı və digər əlamətdar günlər Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında da böyük coşqu ilə qeyd olunur. Azad edilmiş şəhər və kəndlərimizdə tonqalların alovlanması, bayram tədbirlərinin keçirilməsi xalqımız üçün xüsusi qürur və sevinc mənbəyidir. Bu mənada təşkil olunan rəsm sərgisi də həm Novruz bayramının mənəvi mahiyyətini, həm də müstəqil və qalib Azərbaycanın ruhunu özündə əks etdirən əhəmiyyətli mədəni tədbir kimi dəyərləndirilir. 

Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova sərginin təşkilinə görə başda sədr Bəxtiyar Nəbiyev olmaqla YAP Yasamal rayon təşkilatına öz minnətdarlığını bildirib. Çıxışda rəssamların təqdim etdikləri əsərlər və sərginin yüksək səviyyədə təşkilindən bəhs olunub. Vurğulanıb ki, sərgidə nümayiş olunan sənət əsərlərinin məna və məzmunu Azərbaycan qadınının sənətə bağlılığından xəbər verir. 

Sərgidə Uğur Art Life Studionun rəhbərləri Jalə Məhyəddinova və Ruqiyyə Hüseynli, Şəhanə Art Studionun rəhbəri Şəhanə Paşayeva, MM Tədris Mərkəzinin rəhbəri Məhsəti Mehnətova və mərkəzin müəllimi Könül Məmmədli, "Məleykə" Art Studionun rəhbəri Məleykə Eyvazova, Qurban Abbasov adına Mədəniyyət Sarayının, ABC School Tədris Mərkəzinin və English Academy Təhsil Mərkəzinin müəllimi Arzu Məmişova, Vitraj Art Studionun rəhbəri Aygün Kamilqızı tələbə kollektivi ilə iştirak ediblər. 

Sərgidə ADRA-nın müəllimi Zinaida Mirzəzadə münsif olaraq yer alıb.

Sonda rəssamlara diplomlar təqdim edilib, xatirə şəkli çəkilib. 

Şahanə Müşfiq

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://525.az
archiveBu xəbər 20 Mart 2026 19:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see338

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see335

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see324

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see292

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see287

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see285

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see278

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see272

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see271

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see261

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see254

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see224

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see220

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri