Icma.az
close
up
RU
Yazırlar ki, Allah balanı öldürsün!” Tolik uşağının anasını axtaranlara cavab verdi

Yazırlar ki, Allah balanı öldürsün!” Tolik uşağının anasını axtaranlara cavab verdi

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Yenisabah.az tanınmış prodüser,  teleaparıcı Tarix Əliyevlə müsahibəni təqdim edir. 

- Artıq uzun illərdir ki, səhnədəsiniz. Bütün bu illər ərzində sizi zirvədə saxlayan nədir?

- Mən camaat üçün ona görə maraqlıyam ki, millət otursun, məni müzakirə etsin. Ona görə də, mən özümə söz vermişəm ki, bundan sonra heç nə etməyəcəyəm. Heç bir böyük işə əl qatmayacağam. Yüzlərlə yaxşı iş görürəm media üçün maraqlı olmur. Bir dəfə də media mən olmadan yazardı ki, Tolik yüzlərlə iş görür. Bir ziyalısı, bir ağıllısı çıxıb demədi ki, bu adam o qədər xeyirxah işlər görürür.

- Xeyirxah əməlləriniz də çoxdur. Bunları edərkən, hansı məqamları daha üstün tutursunuz?

- Bu yaxınlarda Lalə Azərtaşın verilişinə bir ailə gəlmişdi. İki qızı var idi. Deyirdi ki, hamamımız yoxdur, uşaqları vannada çimizdirirəm. Qız uşaqları olduğu üçün ürəyim dözmədi. Həmin adama zəng vurdum, dedim ki, qardaş, mən sənin üçün hamam tikdirəcəm. Adamın kartına da 1500 manat pul göndərdim. Adam da götürüb o pulu istifadə edib. İnsanlara artıq yaxşılıq da etmək olmur. O adam həmin 1500 manatı bəlkə də, beş aya qazanacaqdı. Hazır vermişəm də, istifadə et.

- Bəs bu sizdə tükənmişlik hissi yaşatmır?  

- İnsan belə şeyləri görəndə heç nə etmək istəmir.

- Bu gün efirlərdə ekspert rolunu oynayan müğənnilər haqqında nə düşünürsünüz?

- Bu gün də əminliklə deyirəm ki, efirlərə çıxan müğənnilərin çoxu xalqın qarşısına çıxıb, əxlaqdan dərs deyə bilməz. Sosial verilişlərdə müğənni oturub, camaata, nəbilm ucqar kənddən gəlmiş bir insana məsləhət verə bilməz. Orada elə bir insan oturmalıdır ki, onun ailəsində, dəyərlərində problem olmasın. Həyatda hansısa bir uğurları olsun.

- Son zamanlarda övladınızla bağlı gündəmə gəldiniz. Hətta 46 yaşınızı da onun 3 aylığı ilə birlikdə qeyd edəcəksiniz. Övladınızın üzünü göstərməməyinizin səbəbi nədir?

- Vallah, o qədər səviyyəsiz insanlar var ki, mənim üç aylıq balama qarğış edəcək həddədirlər. Ona görə üzünü göstərmirəm. Mənim övladım kimdən artıqdır ki, heç kəsdən artıq deyil. Amma mən onu ona görə göstərmirəm ki, həyatda çöpü çöpün üstünə qoya bilməyən min dənə insan ağzına gələni girib yazacaq.  Üç aylıq körpə uşağı söyən millətdən nə gözləyim?

- Deyəsən, pis rəylər sizə çox təsir edir...

- Əlbəttə, uşaqla bağlı da nə isə paylaşıram, rəylərdə yazılır ki, hanı bunun anası? Ay insanlar, axı siz hansı dövrdə yaşayırsınız? Süni mayalanmanı bilməyən şəxslərsiniz. Bundan sonra nə deyim axı?!

- Balaca Milananın üzünü göstərməsəniz də, bəzən sosial şəbəkələrdə uşaqla bağlı  müəyyən reklamlar edirsiniz.

- Bəli, 1-2 dəfə reklam etmişəm, o da hədiyyə göndərdikləri üçün. Rəylərə baxıram, yazırlar ki, Allah balanı öldürsün. Üç aylıq körpənin nə günahı var axı? Biz belə cəmiyyətdə yaşayırıq. Ona görə də övladım haqqında heç nə danışmaq istəmirəm.

- Hazırda övladınıza kim baxır?

- Uşağıma hazırda dayə baxır. Dayənin də yanında beş gün bacım qalır, beş gün də bibim. Evimdə təmir getdiyi üçün, yanımızda başqa ev tutmuşam, orada qalıb övladıma baxırlar. Çünki mən istəyirəm ki, uşaq ailə nəvazişi görsün.

- Ata olmaq həyatınızda nələri dəyişdi? Gündəlik həyatınıza və düşüncələrinizə necə təsir etdi?

- Övladın olması gündəlik həyatıma təsir edir. Əvvəl tək işim idi. İndi övladım da olduğu üçün mən hər işimi ona uyğun planlaşdırıram. Səhər 09:30-da verilişim başlayır, işdən sonra da 1-2 saat ərzində hər şeyi tamamlayıb, evə tələsirəm. Günümün 3-4 saatını övladıma həsr edirəm. Bunu qoxuma öyrəşsin, aradakı bağ qurulsun deyə edirəm. Evdə olmayanda da bibimə, bacıma zəng vurub görüntülü danışıram. Səhərlər televiziyada mənə baxır, səsimi də tanıyır. Çalışıram ki, övladım hər hansısa mövzulara alət olmasın. Məsələn, yayda dostlarımla tətil planları qurmuram. Yeni ildə düşünürdüm ki, xaricə gedərəm, amma övladımla birlikdə olacam. Bütün həyatımı ona həsr etmişəm.

Aydan Hacıbalazadə


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 21 İyun 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see182

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see149

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see133

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri