Yazırlar ki, bir dəfə açıq saçıq geyindiyinizi görmədik
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Müğənni Almaz Saraylı açıqlaması ilə diqqət mərkəzinə düşüb.
Milli.Az xəbər verir ki, sənətçi açıq-saçıq geyim tərzi ilə bağlı fikirlərini bölüşərək daha çox qapalı və zövqlü geyimə üstünlük verdiyini bildirib. O, bu yanaşmanın həm tamaşaçı rəğbətində, həm də dəvətlərdə mühüm rol oynadığını vurğulayıb:
"Qapalı geyinmək də gözəllikdir. Biz Azərbaycanda yaşayırıq. Oxumağı kənara qoyun, bəlkə də məni yaxşı, qapalı geyindiyimə görə sevirlər, məclislərinə dəvət edirlər. Mənə yazırlar ki, sizi bir dəfə də açıq-saçıq geyimdə görməmişik, sizi çox sevirik. Azərbaycansayağı geyim, özünü aparmaq, danışıq - bunlar vacib amillərdir".
İfaçının bu sözləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilərin bir qismi onun fikirləri ilə razılaşaraq milli dəyərlərə uyğun geyim tərzini dəstəkləyib, digər qisim isə səhnə obrazında sərbəstliyin də önəmli olduğunu qeyd edib.
Beləliklə, Almaz Saraylının açıqlaması şou-biznesdə geyim tərzi və sənətçi imici ilə bağlı müzakirələri yenidən alovlandırıb.
Musa
Milli.Az
Baxış sayı:171
Bu xəbər 20 Mart 2026 15:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















