Icma.az
close
up
RU
Yeddi nəfərin öldüyü dəhşətli qəzaya görə hökm oxundu

Yeddi nəfərin öldüyü dəhşətli qəzaya görə hökm oxundu

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ötən ilin avqustun 7-də Bakı-Qazax magistral yolunun Şəmkir rayonu ərazisində qeydə alınan və 7 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəza ilə bağlı məhkəmə prosesi başa çatıb.

Moderator.az "Teleqraf"a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə qəza zamanı "Mercedes Sprinter" markalı mikroavtobusun sükanı arxasında olan 1989-cu il təvəllüdlü Abbas Məmmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə "Mercedes Sprinter" markalı mikroavtobusun "KamAZ" markalı yük avtomobili ilə toqquşması nəticəsində baş verib.

Araşdırma zamanı məlum olub ki, mikroavtobus hadisə zamanı həlak olan Arif Bağırova məxsus olsa da, sükan arxasına Abbas Məmmədov keçib. Onun idarə etdiyi avtomobil Qazax istiqamətində hərəkətdə olarkən, Abbas Məmmədov sükan arxasında yuxuya gedib və nəticədə ağır qəza baş verib.

Qəza nəticəsində Şəadət Bayramov (1992), Bəsti Nəbiyeva (1975), Aydın Pənahov (1977), Qızxanım Tomayeva (1962), Kənan Məmmədov (2008), Fəxriyyə Novruzova (1978) və 1966-cı il təvəllüdlü Arif Bağırov həyatını itiriblər. Bundan əlavə, mikroavtobusda olan bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Zərərçəkənlərin məhkəmədə verdikləri ifadələrə görə, mikroavtobusun sürücüsü Arif Bağırov icazə vermədiyi halda, Abbas Məmmədov təkidlə sükan arxasına keçmək istədiyini bildirib. Qəza baş verən zaman isə Abbas Məmmədov hadisəni törədən şəxsin özü olduğunu əvvəlcə inkar edib və digər şəxsləri günahlandırmağa çalışıb.

Eyni zamanda, Arif Bağırovun oğlu da məhkəmədə ifadə verərək bildirib ki, təqsirləndirilən şəxs ilk dəfə atasının yanında köməkçi sürücü kimi yola çıxıb. Abbas Məmmədovun bu səfərə öz istəyi ilə, yoxsa Arif Bağırovun razılığı ilə qoşulduğu barədə onun dəqiq məlumatı olmayıb.

Qeyd edək ki, məhkəmədə bir nəfər istisna olmaqla, zərərçəkənlərin hüquqi varisləri Abbas Məmmədovu bağışlamayıb və ona ən ağır cəzanın verilməsini tələb ediblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Aprel 2026 19:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see642

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see549

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see303

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see300

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see277

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see274

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see263

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see263

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see263

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see234

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see232

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see231

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see231

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see231

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see228

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see227

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see226

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see224

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see221

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri