Yeddi saatdan sonra...
Adelet.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanda " Asan xidmət" yaradılanda çox insanlar sevindilər! Düz də elədilər, çünki hər hansı sənəd əldə etmək üçün nə qədər təşkilatlara, qurumlara üz tutmalıydın. Və onda da səni o qurumlar həftələrlə, aylarla get- gələ salmalıydılar. Sən də bu get- gələndən bezib, axırda onlar istədiyini verəndən sonra işin düzələrdi! Amma sonradan bir çox xidmət sahələri " Asan xidmət" də fəaliyyətə başladılar.
Demək olar ki, bu xidmət qısa zaman kəsiyində insanlar arasında böyük nüfuz qazandı! Artıq bir çox xarici ölkələrdə " Asan xidmət" modeli tətbiq edilməyə başlanıb! Bunlar hamısı çox gözəl ! Bu yaxınlarda ev bağışlanma ilə əlaqədar Bakıxanov qəsəbəsindəki " Asan xidmət" getdik! Konkret olaraq oktayabrın 17- də , yəni şənbə günü! Düşündük ki, notariat ofislərindən burda daha tez sənədləşmə işlərini apararlar.
Ona görə də səhər saat 9:45- də həmin xidmət sahəsində olduq. Və növbədə 12- ci idik. Oturub gözlədik! Bir saata və bir qədər də ondan çox müddətə bir adam yola salırdılar. Bəzən monitorda növbə gözləyən adamın adı iki saata yaxın qalirdı. Buna növbə gözləyən adamlar etiraz eləsələr də nəzarətçilər və notariusun əməkdaşı Günəş xanım adlı qız deyirdi ki, sistem işləmir! Təbii ki, növbə gözləyənlər bunu da qəbul edirdilər, təki işləri düzəlsin! Ancaq 4-5 saat keçirdi, onlara , eləcə də bizə növbə çatmırdı. Artıq insanlar narazılıq eləməyə başladı. Dedilər ki, bura " Asan xidmət" deyil , çətin və zülm xidmətdir. Hansı ki, notariat ofisinə getsəydik, uzağı 3 saata işlərimiz düzələrdi. Bunu eşidən nəzarətçi oğlan dilləndi:- Sizin qabagınızı kəsən vardı, gedeydiniz notariusa!
Növbə gözləyən adamlar isə hamısı bir ağızdan dedilər:- Elə bildik ki, " Asan xidmət" də hər şey asan olacaq , tay nə bilək başımıza belə oyun gələcək, oturub saatlarla gözləməli olacağıq! Daha nəzarətçi bir söz demədi! Heç deməyə sözü də yox idi! Çünki növbə gözləyənlər qalırdı kənarda , növbəsizlər müxtəlif yolla içəri keçib , öz işlərin yoluna qoyurdular! Camaatsa buna narazılq edirdi. Deyirdilər ki, son vaxtlar " Asan xidmət" də saatlarla gözləməli oluruq !
Elə bil ki, kimlərsə bu qurumu qəsdən müfuzdan və gözdən salır ki, insanlar narazı olsunlar! Bu narazılıq isə günbəgün artıq. Biz orda olanda neçə- neçə insan xidmətin fəaliyyətindən narazılıq edirdi! Deyirdilər ki, dövətin belə gözəl xidmət sahəsini rəhbərlik pis günə qoyub. Bizim də növbəmiz yeddi saatdan sonra çatdı. Amma o vaxta qədər özüm və xanımım o qədər əsəbləşdik ki, təzyiqimız və şəkərimiz qalxdı və hələ də özümüzə gələ bilmirik! İnanmaq istədik ki, " Asan xidmət" in rəhbərliyi bu nöqsanlari aradan qaldıracaq və insanlar orda hər hansı iş üçün yeddi-səkkiz saat vaxt itirməyəcək , əsəbləşməyəcək!!! Çünki " Asan xidmət" in yaxşı işi çoxdur!!!
Emil FAİQOĞLU
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:31
Bu xəbər 20 Oktyabr 2026 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















