Icma.az
close
up
RU
Yeddi uşağın ölüm işi: Bu ittiham tamamilə uydurmadır

Yeddi uşağın ölüm işi: Bu ittiham tamamilə uydurmadır

Icma.az, Teleqraf.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Respublika Perinatal Mərkəzi" PHŞ-də baş vermiş yanğınla bağlı məsuliyyətə cəlb edilən direktor Mehriban Abasquliyeva, mərkəzin anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev, Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin məhkəməsi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Mehriban Abasquliyevanın vəkili Əlövsət Abbasov çıxış edib. Onun sözlərinə görə, iki zərərçəkmiş şəxs müraciət edib və cinayət işi üzrə zərərçəkmiş qismində iştiraklarına xitam verilməsinin istəyiblər. Vəkil deyib ki, bunlar Elçin Nəcəfov və Vaqif Hacıyevdir. Vəkil bu halın nəzərə alınmasını, onların zərərçəkmiş qismində statuslarına xitam verilməsinin istəyib.

Dövlət ittihamçısı Orxan Səmədov bildirib ki, hazırda bu məsələnin müzakirə olunmasını mümkün olmadığını deyib. Bildirib ki, ibtidai istintaq zamanı həmin şəxslərin ifadələri var, onlar məhkəmədə ifadələri alınan zaman bu məsələ müzakirə oluna bilər.

Mehriban Abasquliyevanın digər vəkili Çingiz Bəşirov deyib ki, zərərçəkmiş şəxsi zorla saxlamaq mümkün deyil: "Şəxs özü zərərçəkmiş olmaq istəmir. Bunu zorla zərərçəkmiş kimi təqdim etmək olmaz. Cinayət Prosessual Məcəlləsinin tələbə uyğun olaraq zərərçəkmiş statusundan imtina edirsə, buna qanunla xitam vermək mümkündür. Bu bəyəm Novelladır".

Vəkillər vəsatətlərin təmin olunmasını istəyib.

Yerində müşavirə keçirən hakimlər vəsatət barədə qərar qəbul edib. Qərarda göstərilib ki, zərərçəkmiş şəxslərin ifadəsi alınmamış müzakirə oluna bilməz.

Daha sonra Mehriban Abasquliyevanın məhkəməyə göndərdiyi ərizə elan olunub. O, ərizəsində yanğıla bağlı izahat verib, yanğın təhlükəsizliyi texnikalarına baxış keçirilməsini istəyib. Bildirib ki, texniki işlərə baxan növbədə olan yerlərində olmayıblar, yanğın baş verəndən sonra onlar harda olmaları barədə video görüntülər var. O, həmin görüntülərin araşdırılmasını istəyib.

Vəkil Çingiz Bəşirov bildirib ki, video görüntülərə baxanda hər şey aydın görünəcək: "Biz videonu yığcam formada hazırlamışıq və məhkəməyə təqdim etmişik. Əgər şübhə varsa, hamısına baxmaq lazımdır, baxa bilərsiz. Biz 31 dəqiqəlik videonu məhkəməyə təqdim etmişik".

"Burda müəyyən edir ki, təqsirləndirilən şəxslərin bu işdə heç bir günahı yoxdur. Yanğın təhlükəsizliyinə məsul olan şəxslərin məsuliyyətsizliyindın bu hadisə baş verib", - deyə Mehriban Abasquliyevanın digər vəkili Mustar Mustafayev qeyd edib.

Məhkəmə vəsatəti təmin edib və məhkəməyə təqdim olunan videonun işə əlavə olunması barədə qərar qəbul edib. Hakim bildirib ki, sənədlərin tədqiqi mərhələsində bu məsələ müzakirə edilib və tədqiq olunacaq.
Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. Dövlət ittihamçısı çıxışında baş verən yanğın zamanı tibbi avadanlıqların da yanması nəticəsində 177 min manat ziyan dəyib. O bildirib ki, baş verən yanğın zamanı 7 uşağın ölümü ilə nəticələnib.
İttihama münasibət bildirən Mehriban Abasquliyeva bildirib ki, ona qarşı irəli sürülən ittiham tamamilə uydurmadır: "Mən özümü qətiyyən təqsirli bilmirəm".

Digər təqsirləndirilən şəxslər ittiham olunduqları bildiriblər. Onların hər ikisi özlərini təqsirli bilməyiblər.

Qeyd edək ki, bu ilin yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci ildə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Cinayət işi üzrə zərərçəkmiş qismində "Respublika Perinatal Mərkəzi", Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 16 Dekabr 2024 13:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see240

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see229

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see174

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see167

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see152

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see147

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see140

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see136

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see135

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see135

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see127

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see126

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see125

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see124

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see123

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see123

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see122

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see122

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see121

Ferhat Göçer Bakıda!

18 Oktyabr 2025 17:07see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri