Icma.az
close
up
RU
Yeddilik Qrup Rusiyanı hədəfə almadı

Yeddilik Qrup Rusiyanı hədəfə almadı

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son bəyanat nəyin göstəricisidir?

Martın 12-13 - də Kanadanın Kvebek əyalətində Yeddilik Qrupunun (G7 - Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya) xarici işlər nazirlərinin növbəti görüşü baş tutub. Görüşün sonunda XİN rəhbərlərinin birgə bəyanatı qəbul olunub. Bəyanatda Avropada təhlükəsizlik, Rusiya-Ukrayna müharibəsinin taleyi, Yaxın Şərq, Asiya-Sakit okean və Afrika regionunda mövcud vəziyyət və digər qlobal məsələlər ilə bağlı çağırışlar yer alıb. XİN rəhbərlərinin bəyanatında Ukraynaya hərbi-siyasi dəstəyin davam etdirilməsinin zəruriliyi vurğulansa da, Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı fikirlər səsləndirilməyib. XİN rəhbərləri yalnız Moskvanı 30 günlük atəşkəsə razı olmağa çağırıb. Bəzi ekspertlərin fikrincə, bu, ümumilikdə, Qərbin Rusiyaya münasibət istiqamətlərini dəyişmək niyyətində olmasının göstəricisidir.

Qeyd edək ki, son zamanlar Rusiya-Ukrayna münaqişəsi üzrə mühüm proseslər baş verir - ABŞ ilə Rusiya və ABŞ ilə Ukrayna arasında təmasların intensivləşməsi, xüsusilə Ər-Riyad  və Ciddədə aparılan danışıqlarda münaqişənin nizamlanması ilə bağlı müəyyən fikir mübadilələri müharibənin sona çatması üçün ümidləri artırıb. Bununla belə təmas xəttində genişmiqyaslı aktiv döyüş əməliyyatlarının müşahidə olunması, Kremlin atəşkəs təklifinə birmənalı yanaşmaması prosesin necə sona çatacağı barədə qeyri-müəyyənlik yaradıb. Ekspertlər hesab edirlər ki, ABŞ-ın, eləcə də Avropa ölkələrinin Rusiyaya münasibətində dəyişiklik Moskvanın addımlarıdan asılı olacaq.

Əsas rol ABŞ-a məxsusdur

Məsələ ilə bağlı politoloq İlqar Vəlizadə “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Avropa ölkələri hər zaman ABŞ-ın mövqeyi ilə razılaşmaq məcburiyyətində olublar. “Fikrimcə G7-də dominant rol ABŞ-a məxsusdur. Düzdür, bu günə qədər, Yeddilik Qrupun kollektiv təşkilat olması və qərarlarını konsensus şəklində qəbul etməsi ilə bağlı görüntü yaradılsa da, digər altı ölkənin də rəyinin nəzərə alındığı vurğulansa da, qlobal proseslər göstərir ki, ABŞ-ın təşkilatdakı rolu müstəsnadır. İndiyə qədər verilən bütün qərarlar Vaşinqtonun mövqeyinə uyğun qəbul edilib. Son bəyanatda Rusiyaya qarşı fikirlərin qeyd edilməməsi demokratların hakimiyyətdə olmamasından qaynaqlanır,” - deyə İ.Vəlizadə bildirib. Vurğulayıb ki, ABŞ-ın hazırki hakimiyyəti Rusiya ilə münasibətləri bərqərar etmək istəyir: “Ağ Ev və Kreml Ukraynada müharibəni sona çatdırmaq üçün qarşılıqlı təmasları intensivləşdirib, artıq hər iki tərəf bu məsələdə ortaq məxrəcə gəliblər və ikitərəfli dialoqu genişləndirmək niyyətindədirlər”.

G7-nin avropalı üzvləri də mövqeyini dəyişir

Politoloqun sözlərinə görə, Avropa İttifaqı və Avropanın aparıcı ölkələri Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesindən kənarda qalmaq istəmir: “Onlar da danışıqlar masası arxasında oturmaq istəyirlər. Ancaq bunun baş tutub-tutmayacağı ABŞ və Rusiyanın qərarından asılı olacaq. Bunu çox yaxşı başa düşdükləri üçün bu və ya digər şəkildə Rusiyaya qarşı mülayim münasibət sərgiləməyə çalışırlar. Hesab edirəm ki, növbəti aylarda Aİ-nin və Avropanın güc mərkəzlərinin Rusiyaya münasibətlərində müəyyən başqa dəyişikliklərin də şahidi ola bilərik. Münasib şəraitdən istifadə edib özlərini danışıqlar prosesinə qoşmağa çalışacaqlar”.

Yunis ABDULLAYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:214
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 Mart 2025 08:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see473

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see360

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see274

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see270

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see255

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see223

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see219

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see217

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see203

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see203

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see201

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see198

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see194

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see193

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see189

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see175

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see174

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see170

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri