Icma.az
close
up
RU
Yəhudi dövlətinin Bakıya yönəlik kritik mesajı hərbi əməkdaşlıqla bağlı yeni mərhələ

Yəhudi dövlətinin Bakıya yönəlik kritik mesajı hərbi əməkdaşlıqla bağlı yeni mərhələ

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

İsrailin Bakıda yeni diplomatik fəaliyyətə başlayan fövqəladə və səlahiyyətli səfiri Ronen Krauszun son müsahibəsində diqqət çəkən başqa məqamlar var. Əsasən hərbi əməkdaşlıq sahəsinə aid olan bu açıqlamalar xüsusi diqqət çəkir. Səfir deyib ki, İsrailin Azərbaycanla hərbi əməkdaşlığı çox yaxşı səviyyədədir və inkişaf edir.

Diplomat qeyd edib ki, iki ölkə arasında hərbi sahədə əməkdaşlıq da kifayət qədər inkişaf edib:

“Bu mövzuya çox toxunmayacam, amma deyə bilərəm ki, hərbi əməkdaşlığımız çox yaxşı səviyyədədir və inkişaf edir. İnanıram ki, uzun illər boyu da bu əlaqələr davam edəcək.”

Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, Azərbaycan ilə İsrail arasında qarşılıqlı münasibətlər qədim köklərə malikdir və bu münasibətlər hazırda da dinamik bir şəkildə inkişaf edir:

“Hərbi-texniki sahədə əlaqələr artıq formalaşıb. Hazırda onların dərinləşməsi və daha da genişlənməsi prosesi gedir və bu proseslər hər iki ölkənin geosiyasi və strateji maraqlarına tamamilə uyğundur. İki strateji müttəfiq ölkə arasındakı hərbi əməkdaşlığın həcmi 10 milyard dollara yaxın olduğu ehtimal edilir. 2016-cı ilə qədər bu məbləğ 5 milyard dollar idi. Lakin bu ildən sonra Azərbaycan İsraildən həm bir çox silahlar əldə edib, eyni zamanda Ceyhan limanından enerji daşıyıcıları və neft məhsulları İsrailə çatdırılır.

Həmçinin oxuyun:

Prezident “Əl-Ərəbiyyə” telekanalına müsahibə verdi – VİDEO

Ədalət Verdiyev

Bu günə qədər biz İsraildən bir çox silahlar, o cümlədən “Harop”, “Hermes” və “Sky Striker” tipli pilotsuz uçuş aparatları almışıq. “Barak” hava hücumundan müdafiə sistemləri əldə etmişik. “Vora” operativ-taktiki raket kompleksləri əldə etmişik. Reaktiv yaylım atəş sistemləri də əldə etmişik. Onu da deyim ki, adını çəkdiyim silahların həqiqətən müharibə zamanı kifayət qədər uğurla tətbiq etmişik. İsrailin zirehli vasitələri, kəşfiyyat və müşahidə avadanlıqları, rabitə vasitələri də Azərbaycan tərəfindən istifadə olunur.

Azərbaycan İsraildən yalnız silah almır, eyni zamanda müasir texnologiyalar da alır. Bundan başqa, İsrail ilə birlikdə istehsal layihələri və kadr hazırlıq dərsləri həyata keçiririk. Azad olunan ərazilərin bərpasında İsrail şirkətləri yaxından iştirak edir. İki ölkə arasındakı münasibətlər gələcəkdə də inkişaf edəcək.

Çünki bu münasibətlər qarşılıqlı maraq, dostluq və strateji hədəflər çərçivəsində həyata keçirilir”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 Avqust 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see140

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see138

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see137

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see136

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see133

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see132

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri