Icma.az
close
up
RU
Menu

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

"28 Mall"un qarşısında ölüm

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Çin üçtəkərli avtomobil buraxdı

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Yəhudilər üçün “lüks konslager” Almanlar ölüm düşərgəsində “elit” yerləri pulla satıblar

Yəhudilər üçün “lüks konslager” Almanlar ölüm düşərgəsində “elit” yerləri pulla satıblar

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

Konsentrasiya düşərgəsindən çox kəndə oxşayan ölüm fabrikində ənənəvi “Arbeit macht frei” yazısı mürəkkəb üslubda işlənib, məhbusların tamaşalar qoyduğu teatr fəaliyyət göstərib. Məhbus-rejissor Kurt Qerron burada “Fürer yəhudilərə şəhər verir” adlı sənədli film çəkib və kadrlar Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndə heyətinə göstərilib.

Konslagerdə sinaqoqlar və xristian kilsələri açıq olub, uşaqlar üçün məktəb və üzgüçülük hovuzu fəaliyyət göstərib. Terezienştadt “nümunəvi” yer olub. Nasistlər ictimaiyyəti yəhudilərin sanatoriyada saxlandığına inandırmağa çalışıblar. Ancaq bu konslagerdəki 140 min məhbusdan 123 mini öldürülüb. Oradakı məhbusların gözəl, qayğısız həyatı haqqında film çəkən rejissor Kurt Qerron 1944-cü ildə Auşvitsin qaz kamerasında canını tapşırıb.

Elit düşərgə, pulla satılan yerlər

1942-ci ilin fevralında Avropadan yaşı 65 və yuxarı olan qoca yəhudilər buraya daşınıb. “Dəmir Xaç” ordeni ilə təltif edilmiş I dünya müharibəsi veteranlarına üstünlük verilib. Nasistlər vurğulayıblar ki, bura şəraiti olan “elit” bir düşərgədir və içəri girmək o qədər də asan deyil. Bir çox yəhudi onun kazarmasına köçmək hüququ üçün ailə ləl-cəvahiratlarından keçməli olublar, həmçinin kirayə və yaxşı yemək üçün pul depozitləri yatırıblar.

SS rəhbərliyi Terezienştadtı kurort şəhəri, varlı təqaüdçülər üçün gözəl yer kimi reklam edib. Məhbuslara aşılanıb ki, digər yəhudilərdən fərqli olaraq onların kino və teatra getməyə vaxtı olacaq və burada zorakılıq və ölüm halları baş verməyəcək. Hətta quyular qazıb göstəriblər - baxın, ən yaxşı içməli su buradadır. Plan uğurla həyata keçirilib. Yəhudilər bunun bir oyun olduğunu çox gec başa düşüblər. Yeməklər digər düşərgələrdə olduğu kimi - çürük kartof, yulaf əzməsi və kiflənmiş çörək. Taxtadan tikilən 11 kazarma da sağlamlığa heç də yaxşı təsir göstərməyib.

1918-ci ildə Avstriya-Macarıstan taxtının varisini güllələyən Qavrilo Prinsipin həyatına son qoyulduğu düşərgədə yaşlı insanlar müxtəlif xəstəlikdən vəfat ediblər. Hətta onların sayı o qədər olub ki, günlərlə küçələrdə qalan meyitlər üst-üstə yığılıb. Düşərgə nəhəng olduğu üçün onun küçələrində həm dar ağacı, həm də edam divarları olub. Yaşlı insanları hər şeyə görə edam ediblər - baş verənlərlə bağlı həqiqəti əks etdirən məktubları göndərənlər, qaçış planlarından xəbərdar olan, ancaq rəhbərliyə bildirməyənlər, narazılıq edənlər.

11 noyabr 1943-cü ildə düşərgənin komendantı Anton Burger 36 min nəfərin sıra ilə açıq sahədə düzülməsi barədə əmr verib. Onları səhər saat 7-dən axşam 23:00-ə qədər ayaq üstə saxlayıb. Soyuqlara dözə bilməyən 300 məhbus yerindəcə dünyasını dəyişib. Elə həmin axşam daha 5000 qoca xəstə və Reyx üçün yararsız olduğu üçün Auşvitsə (Osvensim) göndərilib.

Qocaların canı hesabına sağ qalan gənclik

Terezienştadtda yəhudilərin saxlanması üçün kazarmalar yenidən yaradılıb. İçəridə taxta çarpayılar, çamadan piramidaları, xəzlii paltolar, paltarlar asılıb. İnsanlar nasist təbliğatına ciddi inanaraq ən yaxşı paltar və qızıllarını özləri ilə aparıblar. Gettoda təhlükəsizlik xidməti 28 SS əsgərindən və 170 çex jandarmasından ibarət olub. Lakin məhbuslar üsyan etməyiblər və ya düşərgədən kütləvi şəkildə qaçış da olmayıb. Qaçsalar da, hara gedə bilərdilər?

İkincisi, onlar ümid edirdilər ki, almanlarla əməkdaşlıq onlara ölümdən qaçmağa kömək edəcək. 1944-cü ilin payızına qədər “Yudenrat”lar (yəhudi şuraları) Terezienştadtdan Auşvits sobalarına hansı yəhudilərin göndəriləcəyini özləri müəyyən ediblər. Dəyənəklərlə silahlanmış 420 yəhudi polis qışqıran və müqavimət göstərən məhbusları, öz qanından olan insanları qatarlara sürükləyiblər. Şura üzvləri daha çox qocaları ölümə göndərərək, cavanların sağ qalması üçün şərait yaradıblar. Həm konsentrasiya düşərgəsi, həm də getto ərazisində rəssamların rəsmləri, orkestr alətləri və teatr aktrisalarının geyindiyi paltarlar nümayiş etdirilib.

Bəstəkar Hans Krasa (o, Auşvitsdə öldürülüb) burada “Brundibar” uşaq operasını tamaşaya qoyub. Düşərgənin dəhşətli şəraitini əks etdirən rəsmlərdən bəziləri SS tərəfindən aşkar edilib, rəssamlar karserə atılıb və amansız işgəncələrə məruz qalıblar. 1944-cü ilin fevral ayından etibarən Terezienştadt Beynəlxalq Qızıl Xaç nümayəndə heyətinin səfəri üçün təmir edilib və təkmilləşdirilib. İyunun 23-də məmurlar konsentrasiya düşərgəsini ziyarət ediblər və tam məmnuniyyətlə ayrılıblar. Onlar getdikdən sonra görüşdə iştirak edən bütün məhbuslar güllələnib.

Burada 33 000 insan tif, aclıq və həddindən artıq işləməkdən ölüb. Ölənlərin 92% -i 60 yaşdan yuxarı insanlar olub. Düşərgədəki nəhəng krematoriya fasiləsiz olaraq gecə-gündüz işləyib. Terezienştadtdan 90 000 insan Auşvitsə, Daxauya, Treblinkaya, Buhenvalda sürgün edilib və orada öldürülüb. Ərazi mahiyyət etibarilə ölüm keçid məntəqəsi kimi fəaliyyət göstərib.

Nasistlər Danimarka, Niderland, Almaniya və Fransadan gözəl həyat sürəcəyinə inandırdıqları yəhudiləri Terezienştadtda gətiriblər və sonra hər kəs üçün kifayət qədər yemək və yerin olmamasını bəhanə gətirərək onların çoxunu qaz kameralarına göndəriblər. Özü də, kimin göndəriləcəyinə “Yudenrat”ın qərar verməsi tələb edilib.

Yaşlılara gənclərə verilən yeməyin yarısı verilib, 80 nəfər bir kazarmaya yerləşdirilib və həddindən artıq sıxlıq epidemiyalara səbəb olub. Sistemin işi sadə olub: əvvəlcə adamları şəhərə gətiriblər və yaşayış binalarına yerləşdiriblər (218 ev yataqxana kimi fəaliyyət göstərib). Sonra kazarmaya, Auşvitsə, ya da krematoriyaya göndəriblər. Odur ki, nasistlərin yalanı hesabına pul verib ölüm düşərgələrində rahatlıq axtaran yəhudilər öz xalqının nümayəndələrinin əli qətlə yetiriliblər.

İlkin Nəcəf
Musavat.com

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 27 Mart 2025 19:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see371

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see369

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see330

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see320

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see319

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see303

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see302

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see296

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see263

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see245

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see238

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see234

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see225

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see198

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see197

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see196

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see182

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see181

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see178

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri