Yekaterinburq şəhərində Azərbaycanın daha bir vətəndaşı həbs edilib
Missiya.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiyanın Yekaterinburq şəhərinin Lenin Rayon Məhkəməsi Azərbaycan vətəndaşı Əziz Abasov barəsində həbs qətimkan tədbiri seçib.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Rusiya məhkəməsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 2025-ci il iyulun 19-dək həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburqda azərbaycanlıların evlərinə basqın edib. Basqın zamanı iki nəfər öldürülüb, bir neçə nəfər yaralanıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır. Onlar iyulun 1-də Ağcabədidə dəfn olunublar.
İyunun 28-də Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayaraq, istintaqın aparılmasını və bu yolverilməz zorakılıq aktının səbəbkarlarının məsuliyyətə cəlb olunmasını tələb edib. Sonra Rusiyanın müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb və baş verənlərlə bağlı ona sərt etiraz bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 02 İyul 2025 21:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















