Icma.az
close
up
RU
Yekaterinburqda Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Yekaterinburqda Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Yekaterinburq, 23 may, AZƏRTAC

Azərbaycanın Yekaterinburq şəhərindəki Baş Konsulluğu tərəfindən “Hyatt Regency” mehmanxanasında 28 May – Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, diplomatik korpusun rəhbərləri, deputatlar, elm xadimləri, yerli ictimaiyyətin nümayəndələri, Sverdlovsk vilayətində və ətraf bölgələrdə yaşayan diaspor nümayəndələri, həmçinin Yekaterinburqda təhsil alan tələbələr iştirak ediblər.

Tədbirin rəsmi hissəsi Azərbaycan və Rusiyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Mərasimdə çıxış edən Baş konsul vəzifəsini icra edən Şöhrət Mustafayev Azərbaycan müstəqillik tarixinin şanlı səhifələrindən, ölkəmizin regionda və beynəlxalq arenada artan nüfuzundan, eləcə də Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərindən danışıb.

Ş.Mustafayev çıxışında Azərbaycanın bu il uğurla ev sahibliyi etdiyi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) da xüsusi yer ayırıb. O, Azərbaycanda 2026-cı ilin “Memarlıq və Şəhərsalma İli” elan edilməsinin əhəmiyyətini vurğulayaraq, ölkədə müasir şəhər mühitinin formalaşdırılması, infrastrukturun yenidən qurulması və dayanıqlı inkişaf prinsiplərinin tətbiqi istiqamətində həyata keçirilən genişmiqyaslı islahatlar barədə məlumat verib.

Daha sonra Sverdlovsk vilayəti hökuməti adından vilayətin xarici iqtisadi əlaqələr nazirinin müavini Oleq Aleksandrin, Sverdlovsk vilayəti Qanunvericilik Məclisi adından parlamentlərarası fəaliyyət üzrə komissiyanın sədri Vyaçeslav Veqner və Sverdlovsk vilayətinin İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Merzlyakova çıxış edərək Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik ediblər.

Natiqlər Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini vurğulayaraq, Sverdlovsk vilayəti ilə Azərbaycan arasında iqtisadi, ticari və mədəni əlaqələrin daha da genişlənəcəyinə əminliklərini söyləyiblər.

Tədbirdə mədəni proqram təqdim olunub. Skripka üzrə Rusiya müsabiqələrinin laureatı Saday Ağababayev və Rusiyada keçirilən “Uşaq Yeni Dalğa” televiziya və vokal müsabiqələrinin yarımfinalçısı Ələddin Əliyev canlı musiqi nömrələri təqdim ediblər.

Rəsmi qəbul zamanı işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işlərinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Azərbaycanın zəngin mədəniyyətini əks etdirən milli musiqi sədaları altında qonaqlara milli mətbəxin müxtəlif təamları və şirniyyatları təqdim olunub.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Yekaterinburq

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 May 2026 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri