Icma.az
close
up
RU
Yekaterinburqda azərbaycanlıların ölümünə görə general İŞDƏN QOVULDU

Yekaterinburqda azərbaycanlıların ölümünə görə general İŞDƏN QOVULDU

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Federal Təhlükəsizlik Xidməti və İstintaq Komitəsinin keçirdiyi yoxlamanın nəticələrinə əsasən, Rusiya İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə idarəsinin rəisi, general-mayor Boqdan Françişko məzuniyyətə göndərilib. Onun artıq işə qayıtmayacağı bildirilir.

Lent.az xəbər verir ki, yoxlamanın səbəbi Sverdlovsk vilayətində azərbaycanlılar Şıxlinski və Səfərovlar barəsində aparılan, lakin uğursuz nəticələnən istintaq işləri olub. Bu işlər Xüsusilə vacib işlərin istintaqı üzrə dördüncü şöbənin rəhbəri, mayor Yaroslav Kuzvesov tərəfindən aparılırdı.

Araşdırma nəticəsində məlum olub ki, istintaqçı Kuzvesovun Şıxlinski və Səfərov barəsində təqdim edəcəyi ciddi sübutlar yoxdur. İttiham yalnız işgəncə yolu ilə alınmış etiraf ifadələrinə əsaslanır və həmin işgəncələr nəticəsində iki azərbaycanlı həyatını itirib.

İstintaq idarəsinin rəhbəri Boqdan Françişko uzun müddət öz tabeliyində olan Kuzvesovu Moskvadan gələn yoxlayıcıların qarşısında qoruyub. Lakin sonradan onların arasında münaqişə yaranıb. Françişko istintaqın sürətləndirilməsini tələb edib, Kuzvesov isə buna cavab olaraq iş yerində sərxoş vəziyyətdə qalmaqal yaradıb.

Kuzvesovun həmkarlarının sözlərinə görə, mayor son vaxtlar tamamilə adekvatlığını itirib və rəhbərini açıq şəkildə şantaj edib: “Yaroslav deyirdi ki, əgər onu işdən çıxarsalar, öz əlaqələri vasitəsilə məsələni birbaşa İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinə çatdıracaq. Bu əlaqələrin həqiqətən mövcud olduğuna çox az adam inanırdı. Amma nədənsə Boqdan Valeryeviç Françişko onu işdən azad etmirdi”.

Moskva səviyyəsində isə anlayırlar ki, Şıxlinski və Səfərov işi faktiki olaraq dağılır. Nəticə etibarilə, Sverdlovsk vilayət İstintaq Komitəsinin rəhbəri Boqdan Françişkonun idarəçilik bacarığı da sual altına düşüb: o, “spirtli içkiyə qurşanmış mayoru belə idarə edə bilməyib”.

Qeyd edək ki, bu ilin iyun ayında Yekaterinburq şəhərində 50-dən çox azərbaycanlı saxlanılıb. Saxlanılma zamanı iki həmyerlimiz işgəncə ilə öldürülüblər. Onlar guya 2001-ci ildə kafedə azərbaycanlı Yunus Paşayevin qətlində şübhəli biliniblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:57
embedMənbə:https://lent.az
archiveBu xəbər 08 Oktyabr 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gürcüstanda etiraz dalğası çevrilişin elementlərini meydana gətirə bilər ŞƏRH

07 Oktyabr 2025 18:20see304

Nəticəsiz işə “yenilik” demək ayıbdır... Ekspertdən AYNA ya sərt reaksiya

08 Oktyabr 2025 15:59see178

Azərbaycan bu toplantıdan ən çox faydalananlardan biri olacaq

07 Oktyabr 2025 10:36see173

Adnanın həbsindən sonra onların da başı dərddə Böyük əməliyyat başlayır?

06 Oktyabr 2025 20:34see160

Bakı yenidən qurulur Söküntü olacaq

08 Oktyabr 2025 00:14see159

TDT baş katibi elan etdi: Qəbələdə bu format təsis ediləcək

07 Oktyabr 2025 01:20see156

Yıxılaraq xəsarət alan yazıçı vəfat etdi

07 Oktyabr 2025 02:03see151

Villasını bu qiymətə satır Foto

06 Oktyabr 2025 21:22see150

Şəmkirdə 40 yaşlı qadın öldü Əri saxlanıldı

06 Oktyabr 2025 21:11see138

Türkiyənin müdafiə sənayesində tarixi sıçrayış: NATO standartlarını geridə qoyan Altay

07 Oktyabr 2025 01:13see138

Azərbaycandan qaça bilmiş separatçı general “FSB“ generalıyla əməkdaşlıq edərək onun Paşinyanın yerinə namizədliyini dəstəkləyəcək... “CivilNet“

07 Oktyabr 2025 18:36see137

Makron “dron divarı”na qarşı çıxdı

07 Oktyabr 2025 01:48see131

Manat əmanəti hansı bankda sərfəli deyil? ADLAR

07 Oktyabr 2025 23:52see131

Azərbaycan şahmatçılarının 2025 ci il şahmat üzrə Dünya Kubokundakı rəqibləri bəlli olub

07 Oktyabr 2025 02:31see129

Makron pis vəziyyətə düşdü Parlamenti buraxır

08 Oktyabr 2025 06:15see127

Mavi İşığ ın 600 min vergi borcu var

06 Oktyabr 2025 23:50see126

Zəngəzur haqda yazılan şeir Ermənistanda ajiotaj yaratdı

07 Oktyabr 2025 15:06see124

Qərbi Azərbaycan Xronikası: Ruslar Cənubi Qafqaza daxil olandan sonra xalqımız dəfələrlə deportasiya olunub

07 Oktyabr 2025 02:00see124

AFFA nın cavabından sonra lazımi addımları atacağıq Quba nın prezidenti

07 Oktyabr 2025 15:08see124

Kişi xoşbəxtliyi bu yaşda pikə çatır Alimlər

07 Oktyabr 2025 18:53see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri