Yekaterinburqda da Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Respublikasının Yekaterinburq şəhərindəki Baş konsulluğunda Ulu Öndər Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib
AZƏRTAC xəbər verir ki, Baş konsulluğun kollektivi və diaspor fəalları Ulu Öndərin əziz xatirəsinə ehtiram əlaməti olaraq büstün önünə gül dəstələri qoyublar. Sonra baş konsul vəzifəsini icra edən Şöhrət Mustafayev çıxış edərək, Ulu Öndərin şərəfli ömür yolundan bəhs edib, onun Azərbaycan tarixindəki rolundan danışıb. O qeyd edib ki, Ulu Öndər Heydər Əliyev gələcəyimizi işıqlandıran parlaq sima olaraq, ölkəmizi nurlu gələcəyə aparan siyasi xətti müəyyənləşdirib.
Daha sonra çıxış edən “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri Şahin Şıxlinski, Yamal-Nenets Muxtar Dairəsi “Həmrəylik” Azərbaycan Regional İctimai Təşkilatının sədri Mövlud Bakirov və “Oazis” Azərbaycan məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini Aytən Baxşıyeva çıxış edərək Ümummilli Liderin diaspor, təhsil və gənclər siyasətindən bəhs ediblər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Yekaterinburq
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 12 Dekabr 2024 19:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















