Yekaterinburqda həbs olunan azərbaycanlı iş adamına məxsus məşhur kafe sökülür
Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiyanın Yekaterinburq şəhərində uzun illər Azərbaycan diasporunun da istifadə etdiyi, məşhur görüş yeri kimi tanınan "Kaspiy" kafesinin məcburi söküntüsünə başlanılıb.
Moderator.az xəbər verir ki, bu barədə ictimai fəal Dmitri Çukreyev sosial media hesabında məlumat verib.
Məlumata görə, kafenin sahibi Akif Səfərov "azərbaycanlıların işi" ilə bağlı həbs edilib.
Obyektin söküntüsü şəhər administrasiyasının qərarına əsasən podratçı tərəfindən həyata keçirilir. İşlərin bayram günlərində də davam etdirilməsi planlaşdırılır.
"Bayram ərəfəsində Yekaterinburq administrasiyası qanunsuz tikililəri sökməyə davam edir. Bu dəfə söhbət "Kaspiy" adlı tikilidən gedir. Bu kafe qəsdən adam öldürməyə cəhd işində təqsirləndirilən şəxslərdən birinə məxsus idi. Hazırda bu tikilinin sökülməsi işləri aparılır. Podratçı artıq işə başlayıb. "Kaspiy"in fasadını sökür və qapı-pəncərələrini çıxarırlar", - deyə Çukreyev bildirib.
O bildirib ki, kafe uzun müddətdir bağlıdır. Söküntü polis əməkdaşlarının iştirakı ilə aparılır.
Xatırladaq ki, iyunun 28-də Rusiyanın Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsi Yekaterinburqda bir sıra qətllərdə iştirak edən bir qrupun ələ keçdiyini bildirib. Bundan sonra şəhər məhkəməsi Akif Səfərov və digər yeddi təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 29 Dekabr 2025 16:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















