Icma.az
close
up
RU
Yekaterinburqda iş adamı Yunus Paşayevin öldürülməsinin təfərrüatları

Yekaterinburqda iş adamı Yunus Paşayevin öldürülməsinin təfərrüatları

Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yekaterinburqda "cinayətkar qrupun üzvləri" biznesmen Yunus Paşayevə ticarət üçün rüsum ödəməkdən imtina etdiyinə görə hücum ediblər.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, insident 2001-ci ilin mayında Bluxer küçəsində yerləşən "Metallon" kafesinin yaxınlığında baş verib.

Məlumata görə, Y.Paşayev şəhərin ən böyük bazarında geyim ticarəti ilə məşğul olub və zorakılıq tələbləri ilə qətiyyən razılaşmayaraq həmişə qanun çərçivəsində hərəkət etməyə çalışıb: "Yunus hər şeyi qanuna uyğun etməyə çalışıb, hədə-qorxu ilə və xərac vermək zərurəti ilə razılaşmayıb. İşdə təqsirləndirilən şəxslər Paşayevi "Metallon" küçəsinin yaxınlığında izdiham içərisində bıçaqlayaraq öldürüb.

Ağır yaralanan iş adamı dostları tərəfindən xəstəxanaya çatdırılsa da, onu xilas edə bilməyiblər və o, aldığı yaralardan dünyasını dəyişib. İstintaq orqanları qətl faktı ilə bağlı cinayət işi açsalar da, guya həmin vaxt cinayətkarlar məsuliyyətdən yayınıblar.

Bundan əvvəl Rusiya İstintaq Komitəsi məlumat vermişdi ki, Yekaterinburqda əvvəlki illərin qətllərində şübhəli bilinənlərdən biri istintaqa cinayətlərin təfərrüatlarını açıb və işdə iştirak edən şəxslərin müəyyən edilməsinə kömək edib. İstintaq Komitəsi həmçinin bildirib ki, Yekaterinburqda azərbaycanlı cinayətkar qruplaşmanın işi üzrə altı təqsirləndirilən şəxsə ittiham irəli sürülüb.

İstintaqın məlumatına görə, saxlanılan şəxslər 2001-ci ildə Yunus Paşayevin, 2010-cu ildə Fehruz Şirinovun, 2011-ci ildə isə Azərbaycan vətəndaşı İkram Hacıyevin qətlində əli olmaqda şübhəli bilinirlər.

Ağarza Elçinoğlu


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://unikal.az
archiveBu xəbər 03 İyul 2025 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see199

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see169

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see163

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see134

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see131

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see125

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri