Icma.az
close
up
RU
Yekaterinburqdakı hadisələr münasibətlərdə nəyi dəyişəcək?

Yekaterinburqdakı hadisələr münasibətlərdə nəyi dəyişəcək?

Icma.az, Metbuat portalına istinadən məlumat verir.

Son günlər Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı bir sıra insidentlər baş verib. Yerli hüquq-mühafizə orqanlarının müdaxiləsi ilə gündəmə gələn hadisələr cəmiyyətin narahatlığına səbəb olub. Hadisələrin səbəbi və miqyası ilə bağlı müxtəlif versiyalar səsləndirilir. Əməliyyat zamanı azərbaycanlı Safarov ailəsinə qarşı nümayişkaranə güc tətbiq olunub. Bu zorakılıq nəticəsində iki qardaş Ziyaddin və Hüseyn Safarov həyatını itirib, bir neçə nəfər ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Rəsmi məlumatlara görə, onlarla azərbaycanlı saxlanılıb və istintaqa cəlb olunub. Bəs bu hadisələr iki ölkə arasındakı münasibətlərə necə təsir edəcək?

Politoloq Turan Rzayev Metbuat.az-a açıqlamasında bildirib ki, Rusiya hüquq-mühafizə orqanlarının, xüsusilə OMON və polis strukturunun həyata keçirdiyi bu zorakılıq və işgəncələr artıq gizlədilmir. Bu, bir xalqı kriminal kimi təqdim etməkdən daha çox, sistemli etnocinayətkarlıqdır və Rusiyanın qeyri-rus xalqlara qarşı etnik təmizləmə siyasətinin hüquqi əsaslarını yaratmaq cəhdidir:

“Tarixi perspektivdən baxanda belə dəhşətli hadisələrin Stalin dövründə belə geniş və açıq şəkildə tətbiq olunmadığını görürük. O zaman repressiyalar sistemli olsa da, insanlara küçədə güllə atmaq və işgəncə vermək adi praktik deyildi. Bu gün Rusiyada gedən zorakılıq, etnik təzyiqlər həmin dövrü belə kölgədə qoyur. Rusiyanın azərbaycanlılara qarşı zorakılığı da yeni deyil. 20 Yanvar faciəsi, Xocalı soyqırımı və 30 illik işğalın arxasında məhz Rusiyanın durması Azərbaycan xalqının yaddaşındadır. Yekaterinburqdakı hadisə də bu düşmən münasibətinin və milli azlıqların hüquqlarının sistemli şəkildə pozulmasının son göstəricisidir”.

T.Rzayev hadisənin informativ fonunda da diqqət çəkən məqamlardan danışıb:

“Rus mediasında paralel olaraq aparılan anti-Azərbaycan kampaniyası, ictimai şüurda “miqrant təhlükəsi” anlayışının yaradılması və azərbaycanlıların kriminal obrazda təqdim olunması bu zorakılığın planlı şəkildə ictimai rəyi formalaşdırmaq məqsədilə həyata keçirildiyini göstərir. Bu, etnik zəmində psixoloji və siyasi təzyiqin bir hissəsidir. Yekaterinburqda baş verənlər sıradan hüquq-mühafizə əməliyyatı deyil. Zamanlama, seçilmiş hədəf və tətbiq olunan metodlar açıq şəkildə göstərir ki, bu, bütövlükdə Azərbaycan toplumuna qarşı yönəlmiş məqsədli bir təzyiqdir. Azərbaycan dövləti bu məsələyə adekvat reaksiya verərək Xarici İşlər Nazirliyi səfir müvəqqəti işlər vəkilini çağırıb etirazını bildirir və Rusiyadan gələcək mədəni tədbirləri dayandırıb. Bu addımlar emosional deyil, milli maraqların qorunmasına yönəlmiş strateji və sistemli reaksiyadır”.

Politoloq qeyd edib ki, bu hadisə Rusiyanın Cənubi Qafqazda geosiyasi mövqeyinin zəiflədiyi bir dövrdə baş verir:

“Daxildə miqrant əleyhinə ritorikanın gücləndirilməsi və xaricdə Azərbaycanı hədəfə çevirməsi Rusiyanın məsuliyyəti yayındırmaq və yeni təhlükə obrazları yaratmaq cəhdidir. Ancaq Rusiya unutmamalıdır ki, Azərbaycan 20 Yanvarı, Xocalını, 30 illik işğalı və 44 günlük müharibənin nəticələrini unutmur. Bu cür təzyiqlərə qarşı xalqın iradəsi qırılmazdır və Azərbaycan geri çəkilməyəcək. Azərbaycan dövləti hadisənin beynəlxalq səviyyədə araşdırılması, məsul şəxslərin cəzalandırılması və diasporun təhlükəsizliyinin təmin olunmasına qədər məsələyə ciddi yanaşacaq. Bu artıq yalnız diplomatik deyil, həm siyasi, həm də hüquqi müstəviyə çıxarılmışdır. Bu, həm dövlət, həm də xalqın ləyaqət məsələsidir”.

“Qeyd edim ki, Dekabrın 25-də "Azərbaycan Hava Yolları"na məxsus "Embraer 190" təyyarəsi Qroznıya uçarkən Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulmuş, radioelektron mübarizə sistemi isə təyyarənin elektron sistemlərini sıradan çıxarmışdı. Təyyarənin bir neçə hava limanına enişinə icazə verilməməsi və son anda Aktau hava limanına yönləndirilməsi Rusiyanın məsuliyyəti ört-basdır etmək cəhdi idi. Rusiya mediası bu hadisəni Ukraynanın üzərinə atmağa çalışaraq manipulyasiya etdi, lakin hadisə ilə bağlı Rusiya Azərbaycan tərəfindən üzr istəməli oldu. Yekaterinburqdakı zorakılıq da bir daha göstərdi ki, iki ölkə arasındakı münasibətlərdə Rusiyanın Azərbaycanla bağlı destruktiv mövqeyi dəyişməyib və Kremlin siyasəti hələ də düşmənçiliyə əsaslanır”, - deyə T.Rzayev əlavə edib.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 30 İyun 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see349

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see271

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see225

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see220

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see215

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see214

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see210

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see210

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see199

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see198

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see197

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see189

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see184

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see181

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see179

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see171

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri