Icma.az
close
up
RU
Yekun nəticələr açıqlandı: Maya Sandu prezident seçildi

Yekun nəticələr açıqlandı: Maya Sandu prezident seçildi

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Moldovada keçirilən Prezident seçkisində hazırkı dövlət başçısı Maya Sandu qalib gəlib.

Globalinfo.az bildirir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Bildirilib ki, o 55,33 faiz səs, rəqibi Aleksandr Stoyanoqlu isə 44,67 faiz səs toplayıb.

***04:00

Moldovanın hazırkı Prezidenti Maya Sandu ölkədə baş tutmuş prezident seçkilərinin ikinci turunda rəqibi Aleksandr Stoyanoqlonu geridə qoyaraq seçicilərin 55 faizinin səsini qazanıb.

Globalinfo.az “Report”a istinadən bildirir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının protokolların 98,7 faizinin hesablanmasından sonra elan etdiyi ilkin nəticələrdən bəlli olub. İlkin nəticələrə görə, rusiyayönümlü müxalifətin namizədi Stoyanoqloya seçicilərin 45 faizi güvənib.

Seçkilərdə diqqətçəkən məqamlardan biri avropayönümlü mövqeyi ilə bilinən Sandunun ölkə xaricində (82,3 faiz), rusiyameyilli və avroskeptik baxışları ilə seçilən Stoyanoqlonun isə əsasən etnik azlıqların yaşadığı Qaqauz Yeri Muxtar Bölgəsi (97 %) və hökumətin birbaşa nəzarətində olmayan Dnestr çayının sol sahilindəki inzibati-ərazi vahidlərində (79,4 %) böyük fərqlə qələbə qazanması olub.

Eyni zamanda, Maya Sandu paytaxt Kişineuda da inamlı qələbə qazanıb – 57,38 %.

Ümumilikdə, ölkə daxilində protokolların 100 faizinin emalından sonra Stoyanoqlo səslərin 51,2 faizini, Sandu isə 48,8 faizini alıb. Ölkə xaricində isə protokolların 87,5 faizinin emalından sonra durum tərsinə – 82,3 faiz səslə hazırkı prezidentin dövlət başçısının xeyrinə olub.

Xatırladaq ki, iki həftə öncə keçirilmiş birinci turda Maya Sandu seçicilərin 42,5 faizinin səsini toplamışdı. Onun rəqibi Aleksandr Stoyanoqlo təxminən 26 % səs almışdı.

Eyni gündə, oktyabrın 20-də, Moldovanın Avropaya inteqrasiyası haqqında referendum baş tutmuşdu. Ölkənin Avropa inteqrasiyası lehinə səslərin sayı əleyhinə olan səslərin sayı ilə, demək olar ki, bərabər olmuşdu. Aİ-yə üzvlüyü seçicilərin 50,39 %-i dəstəkləmiş, 49,61 %-i əleyhinə olmuşdu.

Oktyabrın 21-də Aİ-nin xarici siyasət xidmətinin nümayəndəsi Peter Stano Brüsseldə keçirilmiş brifinqdə Rusiya və onun nümayəndələrinin Moldova səsvermələrinə misli görünməmiş müdaxiləsi barədə bəyanat vermişdi. Oktyabrın 22-də Moldova hüquq-mühafizə orqanlarının seçkilərin birinci turu və referendum zamanı 400-dən çox seçici satınalınması halını araşdırdığı məlum olmuşdu.

Oktyabrın 31-də Moldovada Mərkəzi Seçki Komissiyasının (MSK) binasını, həmçinin Baş Polis Müfəttişliyinin dayanacağında bir neçə avtomobili yandırmağa cəhd edən 5 nəfər saxlanılmışdı.

Eyni zamanda, noyabrın 2-də “Euronews” Moskvanın erməniəsilli Ruben Vardanyan və moldovalı İlan Şor kimi “oliqarx agentlərinin” vasitəsilə regionda təsir gücünü artırmaq niyyətində olduğunu bildirmişdi.

***01:57

Mərkəzi Seçki Komissiyasının protokolların 95 faizinin emalından sonra Sanduya seçicilərin 51,68 faizi, Stoyanoğlu isə seçicilərin 48,32 faizi səs verib.

***

Prezident seçkilərində protokolların 92,38%-i işləndikdən sonra Sandu önə keçib.

Keçmiş baş prokuror Sandu 50.16 faiz, Stoyanoğlu 49,84 faiz səslə öndədir.

***01:00

Prezident seçkilərində protokolların 90%-i işləndikdən sonra namizədlər arasında fərq minimala düşüb.

Keçmiş baş prokuror Stoyanoğlu 50.81 faiz, Sandu 49,19 faiz səslə öndədir.

***00:34

Moldovada keçirilən prezident seçkilərində keçmiş baş prokuror Stoyanoğlu 51,36 faiz, Sandu 48,54 faiz səslə öndədir.

Qeyd edilib ki, bu protokolların 85%-nin açılmasından sonrakı nəticədir.

***00:17

Moldovada keçirilən seçkilərdə ölkənin keçmiş baş prokuroru Aleksandr Stoyanoğlu 52,02% səslə liderlik edir.

Globalinfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin mərkəzi seçki komissiyası məlumat yayıb.

Məlumata əsasən, protokolların 76%-i işlənib.

Moldovada keçirilən prezident seçkilərində Stoyanoğlu 52,02%, respublikanın hazırkı Prezidenti Maya Sandu 47,98% səslə liderdir.

*** 23:40

Moldovada prezident seçkilərinin ikinci turunda səsvermə başa çatıb.

Globalinfo.az TASS-a istinadən xəbər verir ki, yerli vaxtla saat 21:00-a olan məlumata görə, seçici fəallığı 54% (təxminən 1,6 milyon seçici) olub.

Qeyd edək ki, seçkilərin ikinci turunda respublikanın hazırkı Prezidenti Maya Sandu və ölkənin keçmiş baş prokuroru Aleksandr Stoyanoğlu mübarizə aparıb.

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:288
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 Noyabr 2024 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see296

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see282

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see267

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see258

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see257

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see246

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see236

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see232

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see229

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see228

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see226

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see219

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see191

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri