Yel çərşənbəsi insanlara xeyir bərəkət gətirir Folklorşünas
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
"Novruz bayramı öncəsi bilirik ki, dörd çərşənbə qeyd olunur. Bu çərşənbələrindən biri də, Yel çərçənbəsidir".
Bunu Redaktor.az-a Yel çərşənbəsi haqqında danışan folklorşünas Atəş Əhmədli bildirdi. O əlavə etdi ki, yel əsəndə təbii olaraq onun əsasını külək təşkil edir:
"Xalq arasında bunun Yel baba obrazı şəklində, belə deyək, inanca görə mifoloji bir obrazı da var. Hətta bilirik ki, yellərin əsməsinin iki istiqamətdə insanlara təsiri var. Yəni yelin çox olması, küləyin həddindən artıq güclü əsməsi bəzən onun dağıdıcı gücə çevrilməsinə gətirib çıxarır və insanlara böyük fəlakətlər gətirir. Amma yelin insanlara xeyir-bərəkət gətirən tərəfi də var. Novruz ərəfəsində qeyd etdiyimiz Yel çərşənbəsində özünün səciyyəvi xüsusiyyətlərini saxlayıb. Yelin oyanması, yellərin əsməsi burada sanki təbiətin oxşanması, oyadılması halına gəlir. İnsanlar düşünür ki, bu çərşənbə yeli onların həyət-bacalarına daxil olur, evlərinə daxil olur. Bax, buna görə də evlərdə müəyyən təmizlik işləri görən insanlar xalça-palazı, yorğan-döşəyi həmin çərşənbə yelinə verirlər. Yəni havaya verirlər. Qapı-pəncərəni açırlar ki, bu yellər evə və həyətə daxil olsun. İnsanlar həmin yelin, belə deyək, təmizliyindən və paklığından istifadə edərək Novruza qədər olan dövrdə müəyyən işlərini görsünlər, həm də təmizlik xarakterli işlərini həyata keçirsinlər. Onların bir inancına görə, əgər bu yellər bu cisimlərə, bu əşyalara dəyərsə, bu, onlara xeyir gətirər. Bu, onların ailəsinə sanki ruzi-bərəkət kimi qəbul olunur. Bax, bu şəkildə insanlar yeli qarşılayırlar və bu şəkildə yeli qutlayırlar. Yelə olan münasibətlərini də məhz bu cür bildirirlər".
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 10 Mart 2026 15:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















