“Yelo Bank” da maarifləndirci seminar keçirilib FOTOLAR
Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlı maarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bank xanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib. Məqsəd xərçəng xəstəliyi ilə mübarizə məsələsinə diqqəti artırmaq və qadınları mütəmadi tibbi müayinələrdən keçməyə çağırmaqdır.
Seminarı Referans Sea Breeze Hospitalın cərrah mammoloq-onkoloqu Dr. Leyla Bayramova aparıb. Mütəxəssis qeyd edib ki, süd vəzi xərçəngi qadınlar arasında ən çox rast gəlinən xərçəng növüdür və dünyada hər 8 qadından biri bu xəstəliklə üzləşir. Eyni zamanda, erkən diaqnostika və vaxtında başlanan müalicə həyat xilas edə bilər.
Seminar çərçivəsində xəstəliyin əlamətləri, risk faktorları və erkən diaqnostikası barədə ətraflı məlumat verilib. İştirakçıların diqqətinə vaxtaşırı müayinələrin əhəmiyyəti, xəstəliyin qarşısının alınmasında müasir müalicə metodları və sağlam həyat tərzinin rolu çatdırılıb. Seminar sual-cavab hissəsi ilə yekunlaşıb: iştirakçılar maraqlandıqları sualları həkimlə birbaşa müzakirə ediblər.
Qeyd edək ki, belə seminarlar Yelo-da artıq ənənə halını alıb və hər il keçirilir. Bank maarifləndirici tədbirləri sosial məsuliyyət yanaşmasının bir hissəsi kimi gələcəkdə də davam etdirməyi planlaşdırır.
Bank xidmətləri, eləcə də tecili kredit ilə bağlı əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
"Yelo Bank" – Parlaq bankçılıq!
❮
❯
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 14 Oktyabr 2026 13:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















