Icma.az
close
up
RU
Yelo Bank ICPC Dünya Finalının bank tərəfdaşıdır

Yelo Bank ICPC Dünya Finalının bank tərəfdaşıdır

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu il paytaxtımız dünyanın ən nüfuzlu proqramlaşdırma yarışlarından biri olan – 49-cu Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin (ICPC) Dünya Finalına ev sahibliyi edəcək. Yarışma 31 avqust – 5 sentyabr tarixlərində keçiriləcək.

İnnovasiya və təhsilin inkişafına önəm verən Yelo Bank, Azərbaycan Banklar Assosiasiyası çərçivəsində bu qlobal miqyaslı tədbirin bank tərəfdaşı kimi çıxış edir.

Müsabiqədə dünyanın müxtəlif ölkələrindən seçilmiş universitet komandaları iştirak edəcək. Hər il 110-dan çox ölkədən 3500-ə yaxın universiteti təmsil edən 70 minədək tələbə ICPC-nin rəsmi mərhələlərində yarışır. Dünya finalında isə 70 ölkədən 140 komanda (hər biri 3 tələbədən ibarət olmaqla) öz bilik və bacarıqlarını nümayiş etdirəcək.

Azərbaycan universitetləri 2005-ci ildən etibarən ICPC-nin regional mərhələlərində iştirak edir. Bu illər ərzində ölkədə proqramlaşdırma sahəsinin tanıdılması, gənclərin bu sahəyə marağının artırılması və mövcud potensialın inkişafı istiqamətində mühüm addımlar atılıb. 2024-cü ildə ADA Universitetinin komandası Misirin Luksor şəhərində keçirilən dünya finalında uğurlu çıxışı ilə yadda qalıb.

Qlobal müsabiqə “ICPC Foundation” təşkilatçılığı və ADA Universitetinin ev sahibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının tərəfdaşlığı İnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə “ICPC Azərbaycan” icmasının birgə əməkdaşlığı, PAŞA Holding-in dəstəyi ilə Bakı şəhərində keçiriləcək.

Yelo Bank bu cür təşəbbüslərə tərəfdaşlıq etməklə ölkədə rəqəmsal transformasiyanın inkişafına və gənc istedadların beynəlxalq səviyyədə tanınmasına dəstək verir.


Bank xidmetleri haqda əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://apa.az
archiveBu xəbər 29 Avqust 2025 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see360

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see343

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see303

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see272

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see247

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see216

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see206

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see201

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see198

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see195

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see190

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see183

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see179

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see173

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see172

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see170

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see167

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see167

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see165

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri