Icma.az
close
up
RU
Yelo Bank ın mənfəəti kəskin azaldı Rəqəmlər üzə çıxdı

Yelo Bank ın mənfəəti kəskin azaldı Rəqəmlər üzə çıxdı

Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Yelo Bank" bu ilin ilk yarısını 12,6 mln manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 36% və ya 7,1 milyon manat azdır.

“Yeni Sabah” Plat.az-a istinadla xəbər verir ki, bankın maliyyə hesabatına əsasən, mənfəətin azalmasına baxmayaraq, əsas bank fəaliyyəti üzrə gəlirlər artıb.

Belə ki, hesabat dövründə bankın faiz gəlirləri illik müqayisədə 21,2% artaraq 101,7 mln manata çatıb. Artım əsasən müştərilərə verilmiş kreditlər üzrə faiz gəlirlərinin yüksəlməsi hesabına baş verib. Nəticədə xalis faiz gəliri də 53,5 mln manatdan 58,2 mln manata yüksəlib. Dominos pizza

Lakin kreditlərdən əldə olunan əlavə gəlir artan maliyyələşmə xərclərini kompensasiya edə bilməyib. Belə ki, bankın faiz xərcləri illik müqayisədə 41,1% artaraq 40,6 mln manata çatıb. Bunun əsas səbəbi depozitlər üzrə faiz xərclərinin 44,6% artaraq 26,4 mln manatdan 38,2 mln manata yüksəlməsi olub.

Bankın gəlirliliyinə qeyri-faiz gəlirlərinin azalması da mənfi təsir göstərib. Bu gəlirlər 37,6% azalaraq 8,2 mln manatdan 5,1 mln manata düşüb. Azalmanın əsas səbəbi isə xarici valyuta əməliyyatlarından əldə olunan nəticənin pisləşməsi olub. Belə ki, ötən ilin ilk yarısında bank bu istiqamətdən 2,4 mln manat gəlir əldə etdiyi halda, cari ilin eyni dövründə həmin maddə üzrə cüzi zərər qeydə alınıb.

Eyni zamanda, bankın əməliyyat xərcləri də artıb. Qeyri-faiz xərcləri illik müqayisədə 4,8% artaraq 43,8 mln manata çatıb. Bu dövrdə əməkhaqqı və digər kompensasiya xərcləri 3,9% artaraq 22,8 mln manata, ümumi və inzibati xərclər 14,8% artaraq 4,7 mln manata, digər əməliyyat xərcləri isə 3,8% artaraq 14,3 mln manata yüksəlib.

Bundan başqa, bank kredit portfeli üzrə risklərə qarşı daha çox vəsait ayırıb. Belə ki, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatların həcmi 3,7 mln manat təşkil edib ki, bu da mənfəətə əlavə təzyiq göstərib.

Bu ilin ilk yarısında təkcə mənfəət azalmayıb, bank həm də kiçilib. Belə ki, 2026-cı ilin ilk yarısının sonunda bankın cəmi aktivləri ilin əvvəli ilə müqayisədə 2,7% və ya 40,3 mln manat azalaraq 1,515 mlrd manatdan 1,475 mlrd manata enib. Cəmi öhdəliklər isə 4% və ya 53,4 mln manat azalaraq 1,339 mlrd manatdan 1,285 mlrd manata düşüb. 

Bununla yanaşı, bankın bölüşdürülməmiş zərəri 5,9% və ya 12,6 mln manat azalaraq 213,7 mln manatdan 201,1 mln manata düşüb. Cari ilin ilk yarısında əldə olunan mənfəət hesabına bankın kapitalı da 7,4% artaraq 176,5 mln manatdan 189,6 mln manata yüksəlib.

Beləliklə, "Yelo Bank" 2026-cı ilin ilk yarısında kredit portfelini genişləndirərək faiz gəlirlərini artırmağa nail olsa da, resursların bahalaşması, depozitlər üzrə faiz xərclərinin sürətli artımı, qeyri-faiz gəlirlərinin azalması, əməliyyat xərclərinin yüksəlməsi və kredit riskləri üçün ayrılan ehtiyatların artması bankın maliyyə nəticələrinə mənfi təsir göstərib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 31 İyul 2026 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see314

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see310

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see293

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see273

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see269

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see264

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see254

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see241

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see233

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see229

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see227

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see225

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see224

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see219

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see219

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see205

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see204

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see203

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see200

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri