“Yelo Bank” Şəkidə bir ailəni evindən çıxarır
Icma.az, Tribuna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Müştəriləri ilə mütəmadi problem yaşayan “Yelo Bank” növbəti dəfə 4 nəfərlik ailənin mənzilini əlindən almaq üçün məhkəməyə müraciət edib.
Tribunainfo.az xəbər verir ki, bank Əhmədov İntiqam, Əhmədova Əzimə, Əhmədova Samirə və Əhmədov İldırmla bağlı iddia qaldırıb. İşin mahiyyəti mənzil mübahisəsidir. Bank sözügedən ailəni mənzilindən çıxarmağa çalışır.
İşə Şəki Apellyasiya Məhkəməsində baxılır. 27 fevral tarixində hakim iclas keçiriləcək. İş hakim Elman İsayevin icraatındadır.
Qeyd edək ki, “Yelo Bank” müştəriləri ilə ən çox problem yaşayan banklardandır. Bu bankın ay ərzində 100-dən çox məhkəmə çəkişməsi olur. Təkcə fevral ayında məhkəmələrdə “Yelo Bank”la bağlı 109 işə baxılacaq.
Qeyd edək ki, “Yelo Bank”ın İdarə Heyətinin sədri Anar Həsənovdur.
Tərəfləri dinləməyə hazırıq.
Nigar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 04 Fevral 2025 13:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















