“Yelo Bank”ın müştərisindən şikayət
Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.
“Yelo Bank” ASC-nin mobil tətbiqində (“Yelo App”) təxminən bir həftədir davam edən texniki problem müştərilərin kütləvi narazılığına səbəb olub.
“Yeni Sabah” xəbər verir ki, bankın müştərilərindən biri “iOS” (Apple) əməliyyat sistemi vasitəsilə tətbiqi yükləyə və ya əməliyyat icra edə bilmədiyini bildirib.
Şikayətçinin sözlərinə görə, problem günlərdir davam etsə də, bank tərəfindən tutarlı bir izahat verilməyib: pizza hut
“Artıq bir həftədir ki, 'Apple iOS' vasitəsilə 'Yelo Bank' tətbiqini yükləmək olmur. Hər dəfə zəng edəndə əməkdaşlar yalnız 'texniki məsələdir' deməklə kifayətlənirlər. Bankda depozitim olduğu halda heç bir əməliyyat yerinə yetirə bilmirəm. Nə vaxta qədər bu susqunluq davam edəcək? Yaranan bu narahatlığa və itirilən vaxta görə bank müştərilərə necə kompensasiya ödəyəcək?”
Qeyd edək ki, son günlər “Yelo App”ın “App Store” platformasından çıxarılması və ya yenilənməsində yaranan çətinliklərlə bağlı oxşar şikayətlərin sayı artıb. Müştərilər bankın bu texniki axsamalar fonunda operativ addımlar atmamasından və lazımi dəstək göstərməməsindən şikayətlənirlər.
Cəlalə Cəlalqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 17 Oktyabr 2026 10:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















