Icma.az
close
up
RU
“Yemək yeyərkən sağ əlin üç barmağından istifadə etmək çox vacibdir” İlahiyyatçı

“Yemək yeyərkən sağ əlin üç barmağından istifadə etmək çox vacibdir” İlahiyyatçı

Bizim media saytına istinadən Icma.az xəbər verir.

“İslam insanların həm mənəvi, həm də fiziki cəhətdən sağlam yaşamasını təşviq edən bir dindir. Bu dində elə tövsiyələr var ki, onlar birbaşa insanın fiziki sağlamlığına xidmət edir. Sünnət, yaxud müstəhəb adlanan bu tövsiyələri qəti əmr olmasa da, müsəlmanlar üçün faydalı olduğu üçün buyurulub. Amma müstəhəb sayılan əməlləri edən savab qazanar, etməyənsə günah qazanmaz. 
Müstəhəb əməllərdən biri libas geyinərkən, yemək yeyərkən, addım atarkən, məscidə və evə daxil olarkən sağdan başlamaqdır. Həmçinin ayaqyolu kimi natəmiz yerlərə sol ayaqla daxil olmaqdır. Yemək yeyərkən mümkün qədər sağ əlin üç barmağından istifadə etmək çox vacibdir. Çünki barmaqlarımızın ucunda olan bioenerji yeməyə xüsusi dad verir. Ona görə də əllə yeyilən yemək daha dadlı olur”.
Bunu İslamın dəyərlərindən Bizim.Media-ya danışan ilahiyyatçı Tural İrfan deyib.
 

MÖVZU İLƏ BAĞLI:
“Estetik əməliyyat etdirmək Allahın işinə nöqsan tutmaqdır” - İlahiyyatçı


O bildirib ki, İslamda kişilərin qısa və səliqəli saqqal saxlaması tövsiyə olunur:
“Çünki üzün mütəmadi ülgüclə dərindən qaşınması üz sinirinə mənfi təsir edir. Məlumdur ki, bütün sinirlər üzümüzdən keçib gedir. Bu sinirlərin zədələnməsi gələcəkdə hansısa xəstəliyin baş qaldırmasına səbəb yaradır. Ümumiyyətlə, müstəhəb ya sünnət hesab olunan Peyğəmbər adətlərinin hər biri insan üçün faydalıdır. Məsələn, dar olmayan, bədəni rahat edən geniş  paltarlar geyinməyi dinimiz vacib hesab edir. Çünki dar şalvarlar kişi və qadınlarda sonsuzuluğa səbəb olur. Eləcə də dar geyim damarlarda qanın normal hərəkətini əngəlləyir. Bu da bir ayrı bəla yaradır”.
“Kişilərin ipəkdən və qızıldan istifadə etməsi doğru deyil”.
Müsahibimiz onu da qeyd edib ki, kişilərin ipəkdən və qızıldan istifdəsini haram hökmü verən din alimləri də var:
“Çünki Peyğəmbərdən mötəbər hədislər gəlib çatıb ki, qızıl və ipək qadınlara xasdır, kişilər bunlardan uzaq dursunlar. Kişilər gümüşdən istifadə etməlidir. Əqiq, firuzə, yaqut və başqa daşlardan hazırlanmış gümüş üzüklər həm kişi, həm də qadınlara müstəhəbdir. Çünki gümüş qan təzyiqini normallaşdırır.

Çox təəssüf ki, bir çox dindarlar və hətta din xadimləri bu hikmətlərdən hali olmasalar da, mömin olduqlarını ətrafdakılara göstərmək üçün saqqal saxlayır, gümüş taxır və geniş libaslardan istifadə edirlər. Bu, artıq riyakarlıq və fərqlənmək əlamətidir.


Əsasən saqqalı bəziləri dinin şüarı, əlaməti kimi təqdim edir. Dinin mahiyyətini saqqalın uzunluğu ilə ölçmək dini aşağılamaq, cılızlaşdırmaq və mahiyyətini tərk etməkdir. Mömin hər şeydən əvvəl daxili aləmi, imanı, təqvası ilə daha sonra isə insanlığa, cəmiyyətə, hətta bəşəriyyətə qarşı münasibəti, davranışı ilə fərqlənməlidir. Möminin nəinki insanlara, hətta heyvanlara da münasibəti fərqli olmalıdır. Allaha hörmət edən şəxs, onun yaratdığına da hörmət etməli və digərlərinə örnək olmalıdır”.
Surxay Atakişiyev, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://bizim.media
archiveBu xəbər 22 Fevral 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see241

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see233

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see195

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see184

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see167

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see155

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see152

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see149

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see142

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see140

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri