Icma.az
close
up
RU
Yemək zamanı soyuq su içməyin! Zərərləri

Yemək zamanı soyuq su içməyin! Zərərləri

Icma.az bildirir, Saglamolun saytına əsaslanaraq.

İsti yay günlərində çoxlu su içilməsi təbiidir. Həkimlərin dediyinə görə, isti havalarda gün ərzində 2-2,5 litr maye qəbul edilməsi normal haldır.

Qazlı, buzlu və şəkərli içkilər isə mayeyə olan tələbatı aradan qaldırmaq əvəzində susuzluğu daha da artırır. Mütəxəssislər maye itkisinin qarşısını almaq üçün ev şəraitində hazırlanan içkilərə üstünlük verməyi tövsiyə edirlər.

Həkim-fitoterapevt, biologiya üzrə fəlsəfə doktoru Fuad Mahmudov AZƏRTAC-a bildirib: “Vitamin dəyərlərinin nizamlanması üçün meyvə şirələri hazırlanandan sonra tez içilməlidir. Kalium, kalsium və fosfor tərkibli meyvə suları isti havalarda maye itkisinin qarşısını alır. Təzə sıxılmış meyvə sularını çox saxlamaq olmaz. Smuzilər də sərinləşdirici içkilər sayılır. Donmuş və əzilmiş meyvələrdən hazırlanan smuzilər daha faydalıdır”.

İsti havalı günlərdə maye daha çox qəbul edilməli, su və ayran kimi xeyirli içkilərə üstünlük verilməlidir. Şəkərsiz içilən yaşıl çay və itburnu kimi bitki çaylarının tərkibində antioksidant və С vitamini olduğuna görə isti aylarda istifadəsi lazım olan mayelərdir.

Həkim-fitoterapevt deyib: “Həddindən çox soyuq su içmək orqanizmin sağlamlığına mənfi təsir göstərir. Tərləyən zaman bədəndəki su nisbəti 1 faiz azalır və nəticədə susuzluq yaranır. Bu zaman boğaz quruyur və soyuq su içmək istəyi yaranır. Soyuq su ilk növbədə ağız boşluğunun selikli qişasına mənfi təsir göstərir, eyni zamanda, həzm sisteminin funksiyası pozulur. Xüsusilə də yemək zamanı soyuq su içmək zərərlidir. Yemək qəbulu zamanı soyuq su içilməsi mədədə olan qidanın xeyli hissəsinin qovulmasına səbəb olur və aclıq hissinin daha tez yaranmasına və daha çox yemək qəbul edilməsinə və nəticə etibarı ilə piylənməyə səbəb olur.

Soyuq su içmək ürək-damar sistemində də ciddi problemlər yaradır, həmçinin başağrısı, miqreni olanlar üçün də zərərlidir. Ona görə suyun temperaturuna fikir vermək, istilik mübadiləsi prosesinin tənzimlənməsi üçün otaq temperaturuna yaxın su qəbul etmək lazımdır.

Dişlərin sağlamlığını qorumaq üçün də soyuq su içməkdən uzaq olmaq məsləhət görülür, çünki bu zaman dişin emalı zədələnir və karies yaranır”.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Oktyabr 2026 19:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see279

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see263

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see220

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see209

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see202

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see201

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see199

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see196

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see192

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see185

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see176

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see175

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see175

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see171

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see171

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri