Yəmən Husilərə hava zərbələri endirdi
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
Yəmən ordusuna məxsus döyüş təyyarələri ölkənin cənub-qərbindəki Taiz və Hudeyda vilayətlərində Husilərin mövqelərinə qarşı 15-dən çox hava zərbəsi endirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Yəmən Ordusunun Mətbuat Mərkəzi açıqlama yayıb.
Bildirilib ki, zərbələr Husilərin mövqeləri, toplanma məntəqələri və hərbi maşınlarına qarşı həyata keçirilib. Hücumların quru qoşunlarına dəstək məqsədi daşıdığı bildirilib.
Bu, Yəmən ordusunun iyul ayından bəri Husi mövqelərinə qarşı həyata keçirdiyi ilk hava əməliyyatıdır. Xüsusilə Taizin qərbindəki Hays cəbhəsində yerləşən Husi mövqelərinin də havadan hədəfə alındığı qeyd olunub.
Qeyd edək ki, son iki gündür Taiz və Hudeyda vilayətlərində hökumət qüvvələri ilə Husilər arasında şiddətli toqquşmalar baş verir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 05 Sentyabr 2026 07:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















