Yəməndə aclıq səviyyəsi sürətlə artır
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Qahirə, 2 oktyabr, AZƏRTAC
Yəməndə aclıqdan əziyyət çəkənlərin sayı sürətlə artır. Qida ehtiyaclarını təmin etməkdə çətinlik çəkən yəmənlilərin sayı rekord həddə çatıb.
AZƏRTAC “əl-Hədəs”ə istinadla xəbər verir ki, bu, BMT-nin Ümumdünya Ərzaq Proqramının bəyanatında açıqlanıb.
Proqramın əməliyyatlar üzrə direktor yardımçısı Metyu Hollinvors deyib ki, Yəmənin hökumət qüvvələrinin nəzarət etdiyi yerlərdə sakinlərin əksəriyyəti son həftələrdə ərzaq ehtiyaclarını ödəyə bilmirlər. Demək olar ki, hər dörd ailədən üçü gündəlik qidanı azaltmağa məcbur olub. Hökumət qüvvələrinin nəzarətində olan ərazilərdə 10 milyona yaxın insan yaşayır.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Baxış sayı:86
Bu xəbər 02 Oktyabr 2026 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















