Yəmənin Baş naziri istefa verdi
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yəmənin Baş naziri Əhməd Əvvad bin Mübarək istefa verib.
Bakıvaxtı.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə bildirib.
"Prezident Şurasının rəhbəri Rəşad əl-Alimi ilə görüşümü başa çatdırdım və ona baş nazir vəzifəsindən istefa ərizəmi təqdim etdim", - bin Mübarəkin bəyanatında qeyd olunub.
O, istefa qərarını "konstitusiya səlahiyyətlərini yerinə yetirmək və hökumətdə dəyişikliklər etmək iqtidarında olmaması" ilə izah edib, eləcə də işində çoxlu çətinliklərlə üzləşdiyini vurğulayıb.
Bin Mübarək 2024-cü ilin fevral ayının əvvəlində Yəmənin Baş naziri təyin edilmişdi.
Bu mövzuda digər xəbərlər:Yəmənin Baş naziri öldürülüb
29 Avqust 2025 09:43
KİV: Yəmənin Baş naziri İsrailin zərbələri nəticəsində ÖLDÜRÜLÜB
29 Avqust 2025 15:48
İsrail zərbələr endirdi, Yəmənin Baş naziri həlak oldu
29 Avqust 2025 19:01
Husilər Yəmənin baş nazirinin öldüyünü təsdiqlədi
30 Avqust 2025 19:04
Yəmənin Sokotra adası yaxınlığında insident baş verib
23 May 2026 11:42
Baxış sayı:182
Bu xəbər 03 May 2025 17:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















