Yəmənin vitseprezidenti Azərbaycanda səfərdədir
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Yəmən Respublikasının vitse-prezidenti Abdulla Al-Alimi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 11-də Azərbaycan Respublikasına səfərə gəlib.
APA xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov və digər rəsmi şəxslər qarşılayıblar.

Yəmənin vitseprezidenti Azərbaycanda səfərdədir
11 Noyabr 2024 16:04

