Icma.az
close
up
RU
YENƏ BİR İLK! FƏRQLİ VƏ YARADICI SƏRGİ İLƏ SİZİNLƏYİK

YENƏ BİR İLK! FƏRQLİ VƏ YARADICI SƏRGİ İLƏ SİZİNLƏYİK

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan mədəni həyatında fərqli yanaşması ilə seçilən yeni bir layihə – “Sİ: Ömrün 43 anı” adlı sərgi ictimaiyyətə təqdim olunub. Layihənin müəllifi gənc və yaradıcı yanaşması ilə seçilən Məhsəti Hüseynovadır.
Layihə çərçivəsində təqdim olunan əsərlər sadəcə vizual təsvir deyil, həm də zamanın, məkanın və insan duyğularının yaddaş daşıyıcısı kimi çıxış edir. Hər bir kadr bir həyat anını, bir hissi və bir mühiti özündə ehtiva edir.
Sərginin təqdimatı təsadüfi tarixə deyil. 18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunub. Bu yanaşma layihənin əsas ideyasını – insan yaddaşı ilə tarixi məkanların kollektiv yaddaşını bir araya gətirmək məqsədini daha da gücləndirir.
Tədbirdə dövlət, mədəniyyət, media və ictimai sahəni təmsil edən bir sıra tanınmış şəxslər iştirak ediblər.
Layihə rəhbəri Məhsəti Hüseynova açılış nitqində bildirib ki, “Sərgi insan ömrünün müxtəlif anlarını bədii və texnoloji sintez vasitəsilə təqdim edən konseptual vizual layihədir. Müxtəlif məkanlarda çəkdiyi real fotoşəkillər süni intellekt texnologiyaları vasitəsilə yenidən işlənərək yağlı boya estetikasına uyğunlaşdırılıb. Nəticədə sənədli reallıq ilə bədii interpretasiya arasında unikal estetik dialoq yaranıb.”
“Sİ: Ömrün 43 anı” sərgisi həm müəllifin qırx üç yaşına işarə edir, eyni zamanda Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün ilk dəfə 1983-cü ildən məhz 43 il əvvəl qeyd olunmağa başlanması ilə səsləşir. Bu uyğunluq sərginin yadda qalan məqamlarından biri oldu.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vüqar İskəndərov, Azərbaycan Respublikasının əməkdar artisti, bəstəkar Gövhər Həsənzadə, Bakı İctimai Əməkdaşlıq Mərkəzinin rəhbəri Rauf Zeyni, Akademik, sənətçi, xoreoqraf Sebahattin Sivrikaya, əməkdar jurnalist, 2-ci dərəcəli dövlət müşaviri Akif Əli, ASAN Xidmətin mətbuat katibi Elnur Niftəliyev, Azərbaycan Fotoqrafları Birliyinin təsisçisi Mirnaib Həsənoğlu, “701 saylı Hərbi Hissənin Veteranları” İctimai Birliyinin sədri, polkovnik Əzizağa Qənizadə, Telejurnalist Günel Gözəlova, peşəkar bələdçi-tərcüməçi Balaş Maqsudbəyli, təhsil işçisi, Şuşa Mədəniyyət Mərkəzinin əməkdaşı İnci Əliyeva, Türkiyədə fəaliyyət göstərən vəkil, sənətçilərin hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşmış hüquqşünas Şükrü Sarıdərə “SHOW PLUS TV” kanalının direktoru Zamiq Yunisov, İctimai xadim Əli Yunisov, Türkiyədən media nümayəndəsi, ictimai fəal Orhan Çınar, El Pəhləvanları İdman Klubu İctimai Birliyinin sədri Nürəddin Beyləqanlı, Dağıstanın tarix elmləri doktoru Vaqabov Maxaç, kinorejissor Məzahir Həşimov, Gənc Vətənpərvərlər İctimai Birliyinin sədri Muğan Əliyev, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə, Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev, Peşəkar Qənnadçılar İctimai Birliyinin sədri Eynur Nağdəliyev, Dosent, Yazıçılar Birliyinin üzvü Fərqanə Zülfüqarova, Gənclərin Töhfəsi İctimai Birliyinin İdarə Heyətinin üzvü Xəqan Qədimov çıxış edərək sərgi və müəllif haqqında xoş fikirlər səsləndirdi.

Tədbirin bədii hissəsində Azərbaycan Mədəniyyəti sosial şəbəkə platformasının solistləri milli musiqimizin incəliyini və zənginliyini yüksək ustalıqla təqdim etdilər. Tarda Rəsul Hacızadə, kamançada Murad İsalı, nağarada Həsən Hacıbalayev ifa ediblər. Proqram “Dad əlindən ay gözəl”, “Güllü qafiyə”, “Aşiqəm”, “Sənin o qara tellərin”, “Tar, kamanım, gəl-gəl”, “Bəh-bəh”, “Sevgili yar” mahnıları ilə davam edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 21 Aprel 2026 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see379

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see310

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see309

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see269

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see253

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see205

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see198

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see185

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see184

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see183

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see175

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see172

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see171

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see170

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see169

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see168

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see167

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see167

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see167

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri