Yeni addımlar atılır! Ərdoğan məktəb hücumları ilə bağlı açıqlama verdi
Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyədə prezident Kabinetinin iclası başa çatıb. İclasdan sonra Rəcəp Tayyip Erdoğan kameralar qarşısına keçərək açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, Ərdoğan çıxışını Türkiyədə – Kahramanmaraş və Şanlıurfa bölgələrində məktəblərə edilən hücumlara həsr edib. Yeni tədbirlərin görüləcəyini bildirən Prezident məktəb təhlükəsizliyinin dövlət üçün əsas prioritet olduğunu vurğulayıb.
Prezident Ərdoğanın çıxışından əsas məqamlar:
“Bir millət olaraq hamımız ailələrimizin ağrı və kədərini səmimi qəlbdən bölüşürük. Lakin yaxşı bilirik ki, od düşdüyü yerdə yanır və yaxınlarını itirən vətəndaşlarımızın qəlbindəki bu acı heç vaxt tam sönməyəcək.
Bu son dərəcə çətin sınaq qarşısında bütün ailələrimizə Uca Tanrıdan səbir və dözüm diləyirəm. Siverekdə baş verən hücumda yaralanan 19 nəfərdən 14-ü evə buraxılıb. İki müəllim və üç şagirdin müalicəsi davam edir. Şükürlər olsun ki, yaralılardan heç birinin həyatı üçün təhlükə yoxdur.
Kahramanmaraşda baş verən dəhşətli hadisədə 9 nəfər həyatını itirib, 21 nəfər yaralanıb. Yaralılardan 15-i evə buraxılıb, 3-ü reanimasiyadadır, 6 uşaq isə hələ də müalicə alır. Bütün yaralıların tezliklə sağalması üçün dua edirəm. Allah bir daha belə acılar yaşatmasın. Bu qeyri-insani hücumların günahkarlarını qətiyyətlə qınayıram".
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 20 Aprel 2026 22:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















