“Yeni adlar” layihəsi çərçivəsində konsert baş tutub FOTOlar
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində "Yeni adlar" layihəsi çərçivəsində konsert baş tutub.
Dirijor Mustafa Mehmandarovun rəhbərliyi, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlər - Asim Rzazadə (klarnet), Rəşad Abdullayev (fleyta) və Əli Adıgözəlov (piano) dinləyicilər qarşısında çıxış edib.
Proqramda C.M.Weber klarnet və orkestr üçün 1 saylı konsert f-moll (op. 73), C.Reinecke fleyta və orkestr üçün konsert D-dur (op. 283), S.Prokofyev piano və orkestr üçün 1 saylı konsert Des-dur (op. 1) səslənib.
Məlumat üçün nəzərinizə çatdıraq ki, "Yeni adlar" müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə gənc istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə xidmət edən layihədir.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 06 Mart 2025 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















