Icma.az
close
up
RU
Yeni alternativ yol paytaxtın mərkəzində sıxlığı azaldacaq

Yeni alternativ yol paytaxtın mərkəzində sıxlığı azaldacaq

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Prezidenti İlham Əliyevin “Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2023-cü il tarixli fərmanı, eyni zamanda, Nəqliyyatı Əlaqələndirmə Şurasının yaradılması ilə bağlı sərəncamı paytaxtın nəqliyyat probleminin həlli üçün kompleks tədbirləri hədəfə alıb.

Nəqliyyat sektorunda indiyədək həllini gözləyən bir sıra problemlər mövcuddur. Elə dövlətimizin başçısının imzaladığı müvafiq sənədlər də həmin çətinliklərin aradan qaldırılması, bu sahədə dönüşün yaradılması, sözügedən sektorun inkişafının sürətləndirilməsi məqsədi daşıyır. 

Qeyd edək ki, uzun illər ərzində mövcud sistemin yenidən qurulması, müasirləşdirilməsi daim diqqət mərkəzində saxlanılıb, bu istiqamətdə çoxsaylı layihələr reallaşdırılıb. İstər yükdaşımada, istərsə də müxtəlif nəqliyyat vasitələri ilə əhaliyə xidmət göstərilməsində yüksək keyfiyyət göstəricilərinə nail olunub. Əlbəttə, bu məsələdə avtomobil nəqliyyatı parklarının yenilənməsinə, xidmət prosesində təhlükəsizliyin təmin olunmasına və yol infrastrukturunun müasir səviyyədə qurulmasına xüsusi önəm verilib. 

Prezident İlham Əliyevin hakimiyyətdə olduğu illər ərzində yol təsərrüfatının inkişafı ilə bağlı qəbul edilmiş proqramlar çərçivəsində aparılan uğurlu islahatlar nəticəsində Azərbaycan yol infrastrukturunun keyfiyyəti reytinqində MDB dövlətləri arasında 1-ci yerdə, dünyanın 140 ölkəsi arasında isə 27-ci yerdə qərarlaşmağa müvəffəq olub.

Dövlət başçısının müvafiq sərəncamlarına əsaslanan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 2004–2024-cü illər ərzində ölkədə 6 min 593,7 kilometr respublika əhəmiyyətli, 11 min 643,6 kilometr yerli əhəmiyyətli, 2 min 529,8 kilometr Bakı şəhər yolları olmaqla, ümumilikdə, 20 min 767,1 kilometr uzunluğunda yeni yollar tikib, yenidən qurub və təmir edib. Beləliklə, yol-nəqliyyat infrastrukturunun beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində aparılan kompleks tədbirlər nəticəsində həm ölkə əhəmiyyətli, həm də şəhər, rayon, qəsəbə və kənddaxili yollar müasir səviyyədə yenidən qurulub. Bu da, öz növbəsində, rahat gediş-gəlişi təmin etməklə, yük və sərnişin daşınmasını asanlaşdırmaqla vətəndaşların həyat şəraitini daha da yaxşılaşdırıb.

Mütəxəssislər bildirirlər ki, ölkədə mobillik, yol hərəkəti təhlükəsizliyi və yol-nəqliyyat infrastrukturu ilə bağlı vahid dövlət siyasəti, vahid institusional sistem, vahid prinsip və yanaşmalar, vahid nəzarət və cavabdehlik olmalıdır. Azərbaycan Respublikası Prezidentinin “Nəqliyyatı Əlaqələndirmə Şurasının yaradılması haqqında” 2023-cü il 19 aprel tarixli sərəncamı da məhz vahidlik, çeviklik, mobillik və səmərəli koordinasiyanın təmin olunması zərurətindən irəli gələn addımdır. 

Bütün bunlara əsasən, deyə bilərik ki, dövlətimizin başçısının müvafiq sərəncamı ilə yaradılan Nəqliyyatı Əlaqələndirmə Şurası səmərəli fəaliyyəti ilə nəqliyyatın ayrı-ayrı növlərinin koordinasiyalı fəaliyyətini və əhalinin mobilliyini təmin edir, yol və nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, yol hərəkətinin təşkili, təhlükəsizliyi və tənzimlənməsinin daim diqqətdə saxlamaqla, ölkəmizin iqtisadiyyatının daha da güclənməsinə, əhalinin sosial rifahının daha da yaxşılaşmasına önəmli töhfələr verir.

Göründüyü kimi, nəqliyyat sektoruna göstərilən diqqət və aparılan düşünülmüş siyasət nəticəsində son illərdə bu sahə uğurla inkişaf edib, yol infrastrukturu yenilənib. Yol hərəkətinin təşkilinə gəldikdə isə nəqliyyat vasitələrinin və ya piyadaların təhlükəsizliyini, fasiləsiz və rahat hərəkətini təmin etmək məqsədilə küçə-yol şəbəkəsi daim yenilənib, bu istiqamətdə bir sıra mühəndis və təşkilati tədbirlər reallaşdırılıb.

Bütün bunlara baxmayaraq, sözügedən sistemdə görüləsi işlər də çoxdur. Məsələn, hazırda paytaxt ərazisində avtomobil nəqliyyatı, o cümlədən yol hərəkətinin təşkili sahəsində tənzimləmə və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsinə ciddi ehtiyac duyulur. Bundan başqa, ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələri və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində rəqabətin nizama salınmasında müəyyən çatışmazlıqlar böyük narahatlıq doğurur. Şübhəsiz ki, hər iki tərəfdə göstərilən xidmətlər baxımından müəyyən nöqsanlar da nəzərə çarpır. Bu isə təhlükəsizliyin və keyfiyyətin yüksəldilməsi məsələlərinin həllini zəruri edir. 

Prezident İlham Əliyev bu il yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibəsində Bakının nəqliyyat sistemində nəzərə çarpan problemlərdən birinin – tıxacların aradan qaldırılması istiqamətində gerçəkləşdirilən təşəbbüslərdən də bəhs edib. Dövlətimizin başçısı ötən müddətdə paytaxtda nəqliyyatın intensiv hərəkətini təmin etmək və tıxacları azaltmaq məqsədilə bir çox iri layihələrin icra edildiyini xatırladaraq deyib: “İndi bir çoxlarının yadından, bəlkə də çıxıb, xüsusilə gənc nəsil, bəlkə də, bunu heç bilmir. Vaxtilə nə qədər problemlər var idi, hətta bax, buradan şəhərə getmək üçün, neçə dairə var idi. Mərdəkan dairəsi, Sabunçu dairəsi, Koroğlu dairəsi, ondan sonra Suraxanı dairəsi, hər dairədə tıxac, həmin o aeroport-şəhər yolu, cəmi dörd zolaq, əslində, üç zolaqdan ibarət idi. İkinci, yəni beton yolu adlandırdığımız yol, ümumiyyətlə, yox idi. Bunları sadalamaqla vaxt gedə bilər. Ona görə vaxtilə bir çox tunellər, yol qovşaqları inşa edildi”.

Bununla belə, son zamanlar ölkədə iqtisadi fəallığın artması səbəbindən insanların daha çox maşın alması ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin sayı getdikcə çoxalır. Bu da, öz növbəsində, paytaxt yollarında tıxacların daha da artması ilə müşahidə olunur. Ölkə rəhbəri belə halların aradan qaldırılması üçün konkret tapşırıqlar verib. Bakı şəhərinin yeni baş planında bir çox məsələlər kimi tıxacların azaldılması da prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. 

Televiziya kanallarına müsahibəsi zamanı bu barədə ətraflı məlumat verən Prezident İlham Əliyev deyib: “Burada avtobus nəqliyyatını metro nəqliyyatı ilə uzlaşdırmaq məsələləri dayanır. Biz son vaxtlar bir neçə metro stansiyasını istifadəyə verdik. Amma bu, kifayət deyil və mənim göstərişimlə yeni 10 metro stansiyası inşa ediləcək. Onların yerləri də seçildi və bu ildən başlayaraq artıq investisiyalar da qoyulacaq. Bununla bərabər, yeni yol infrastruktur layihələrini Bakı şəhərində icra etmək üçün artıq ilk 7-8 layihə seçildi. Beynəlxalq mütəxəssislər cəlb edildi. Biz hansı yollara üstünlük verməliyik. Bəzən yeni yol açılır, amma o, tıxacın azalmasına yox, artmasına gətirib çıxarır. Yəni, burada beynəlxalq təcrübə çox vacibdir və bu məsələ də mütləq öz həllini tapacaq”.

Artıq Bakı şəhərinin perspektiv inkişafını nəzərə almaqla paytaxtın Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq “Koroğlu” metrostansiyasına qədər yeni avtomobil yolunun tikintisinə start verilib. Layihənin xüsusi dövlət əhəmiyyəti nəzərə alınmaqla Heydər Əliyev və Ziya Bünyadov prospektlərində nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulub.

Sözügedən layihə çərçivəsində yol hərəkətinin təşkilinin texniki xarakteristikalarının qısa təhlilinin nəticələri nəzərə alınaraq, ərazidə nəqliyyat problemlərinin əsaslı həlli, əsas nəqliyyat yollarının birbaşa əlaqələndirilməsi, mühüm nəqliyyat funksiyasını yerinə yetirən yollar üzrə optimal birləşmənin təmin edilməsi və alternativ marşrutların yaradılması, habelə ərazidəki nəqliyyat yollarının məntiqi birləşməsinin gerçəkləşdirilməsi, ərazinin küçə-yol şəbəkəsinin nəqliyyat planlaşdırma sxeminin tamamlanması məqsədilə layihənin icrası məqsədəuyğun sayılıb.

Layihənin əsas üstünlükləri Həsən Əliyev küçəsinin davamı olaraq Yusif Vəzir Çəmənzəmənli küçəsinə düzxətli davam etməklə şərq hissədə Ələsgər Qayıbov və Xəlil Rza Ulutürk küçələrinə birləşdirilməsi nəticəsində Təbriz küçəsi ilə Ağa Nemətulla və Əhməd Rəcəbli küçələrinin kəsişmələrində, eləcə də “Nərimanov” metrostansiyası ətrafında müşahidə olunan nəqliyyat sıxlığı azalacaq, habelə Bakı Metropoliteninin “Gənclik” və “Nərimanov” stansiyaları ətrafındakı ərazilərdən “Koroğlu” stansiyası istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin fasiləsiz yerdəyişmələrinin reallaşmasına şərait yaradılacaq.

Eyni zamanda, qeyd edilən yeni yol birləşməsinin yaradılması nəticəsində “Gənclik” və “Nərimanov” metrostansiyaları ətrafındakı ərazilərdən “Koroğlu” metrostansiyası istiqamətində və yaxud əks istiqamətlər üzrə Heydər Əliyev prospekti vasitəsilə yerinə yetirilən nəqliyyat yerdəyişmələrinin azalması və Heydər Əliyev prospektinə alternativ hərəkət marşurutunun yaradılması hesabına bu prospektin yan yolunda müşahidə olunan tıxac hallarının minimumlaşdırılması təmin ediləcək. 

Bundan əlavə, qeyd edilən birləşmənin yaradılması nəticəsində şəhərin şərq və mərkəzi qərb periferiyaları arasında Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel və həmin prospektlərin mərkəzi aralığında yerləşən yeni yaşayış massivlərinə alternativ birbaşa nəqliyyat bağlantısının yaradılması gerçəkləşdiriləcək. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, şəhər əhəmiyyətli magistral küçə olacaq yolun ümumi uzunluğu 3 min 896 metr, enləri 3,5 metr olmaqla 6 zolaqlı olacaq. Yolda 4 tunelin və 3 yeraltı piyada keçidinin tikintisi nəzərdə tutulub.

Əlbəttə, yeni magistralın çəkilməsi yollarda sıxlığın qarşısının alınması, insanların tıxaclarda vaxt itkisi ilə üzləşməsi kimi problemlərin aradan qaldırılması məqsədi daşıyır. Yaxın gələcəkdə 10 metrostansiyasının tikintisi də nəzərdə tutulur. Bu stansiyaların qarşıdakı 5 il ərzində inşa edilərək istifadəyə verilməsi planlaşdırılır. 

Bundan başqa, metro ilə avtobus nəqliyyatının uzlaşması məsələsinə gəlincə, hazırda bir neçə yerdə metrostansiyaları ilə avtobus xətlərinin kəsişməsi baş verir. Amma bunlar əslində mübadilə nöqtələridir. Yəni sərnişinlər yollarına avtobusdan düşdükdən sonra metro ilə davam edə bilərlər. Məlum olduğu kimi, “Koroğlu”, “20 Yanvar” və “28 May” metrostansiyalarında belə mübadilə nöqtələri var. Amma bu alt-mərkəzlərin təkmilləşdirilərək daha da inkişaf etdirilməsi nəzərdə tutulur. 

Elməddin MURADLI, 
nəqliyyat eksperti

Ölkə Prezidenti cənab İlham Əliyev yol-nəqliyyat infrastrukturu ilə bağlı məsələlərə daim diqqət və həssaslıqla yanaşır. Elə dövlət başçısı bu yaxınlarda yerli televiziya kanallarına müsahibəsi zamanı da məsələ ilə bağlı çox açıq və konkret şəkildə fikir bildirdi. Ölkənin ayrı-ayrı yerlərində yeni yolların çəkiləcəyi qeyd olunmaqla yanaşı, əvvəllər çəkilmiş bəzi yolların tıxac kimi xoşagəlməz hallarla mübarizəyə təsir göstərmədiyini, əksinə bəzən əlavə problemlər yaratdığını açıq şəkildə ifadə etdi. Verilən mesaj bundan ibarət oldu ki, yeni icra olunan yol-nəqliyyat layihələri ilə bağlı məsələlər şəxsən cənab Prezidentin nəzarətindədir və mütləq şəkildə dəyərləndirilir, müzakirə olunur, perspektivli layihələr dəstəklənir.

Ziya Bünyadov prospekti ilə paralel çəkiləcək yeni avtomobil yolu da belə layihələrdəndir. Artıq dövlət başçısının tapşırığı ilə layihənin icrasına başlanıb. Heç şübhəsiz, yeni yol həmin istiqamətdə nəqliyyat sıxlığının azaldılması üçün düşünülmüş ən uğurlu layihələrdən biridir. Çünki Bakı Metropoliteninin “Koroğlu” stansiyasına tərəf çıxış yalnız bir istiqamətdən mümkündür. Bu da paytaxtın əsas ana yollarından biri olan Heydər Əliyev prospektinin səbəbsiz yerə tez-tez tıxanmasına səbəb olur. Məlum olduğu kimi, Heydər Əliyev prospekti şəhərin mərkəzini hava limanı ilə birləşdirmək baxımından strateji yoldur. Həmin yolda isə tez-tez sıxlıq, tıxac və digər xoşagəlməz hallar müşahidə olunur. Əslində, bu belə olmamalıdır. 

Bunun qarşısını almaq üçün ortaya yeni bir layihə qoyuldu. Keşlə bazarı da məhz buna görə sökülərək digər əraziyə köçürülür. Ümumilikdə isə, Həsən Əliyev küçəsindən başlayaraq Keşlə bazarının ərazisindən keçməklə “Koroğlu” metrostansiyası istiqmətinə çəkiləcək yeni yol Böyük Şor – Pirşağı yolunun davamı hesab oluna bilər. Yeri gəlmişkən, yeni yol layihələri, bir növ, geniş formada əlaqələndirilmiş şəkildə işlənib hazırlanır. Bu layihələrin icrası yalnız və yalnız tıxacların qarşısının alınması ilə mübarizəyə həsr olunur. 

Məlum olduğu kimi, Həsən Əliyev küçəsi paytaxtın əsas yollarından biridir. Bu küçə böyük nəqliyyat axını həyata keçirir. Ancaq alternativ variantları və yaxud davamı olmadığına görə Əhməd Rəcəbli küçəsində yerləşən “Şəki” restoranının yaxınlığında sona çatır. Bu səbəbdən də Keşlə bazarı istiqamətində nəqliyyatın hərəkətində böyük çətinliklər yaranır. Eyni zamanda, Koroğlu Rəhimov küçəsi ilə kəsişmədə bəzi problemlər müşahidə olunur. Hər bir halda bu məsələlər elə tənzimlənməlidir ki, nəqliyyat axınının sürəti təmin olunsun. 

Yeri gəlmişkən, vaxtilə həmin ərazilərdə müəyyən işlər görülərkən plansız, kor-koranə addımlar atılıb. Bu gün həmin problemlərin aradan qaldırılması üçün cənab Prezidentin tapşırığı ilə yeni, alternativ yol çəkilir. Bu yolun çox böyük perspektivi var. Heç şübhəsiz, yeni yol istifadəyə verildikdən sonra həmin ərazidə tıxacla mübarizənin ən ideal formasının şahidi olacağıq. Yeni yol Böyük Şor – Pirşağı yolu ilə birləşəndən sonra Sabunçu – Zabrat istiqamətində də tıxacların qarşısının alınması mümkün olacaq. Qeyd etdiyim kimi, Heydər Əliyev prospekti ana yol olaraq həddindən artıq yüklənir. Bununla yanaşı, “Koroğlu” metrostansiyası istiqamətində hədsiz dərəcədə yüklənmə olur. Bir məqamı da diqqətə çatdırmaq istəyirəm ki, bu yolda tıxac, əsasən, “Koroğlu”ya çataçatda olur. Həmin ərazini keçdikdən sonra isə azalır, yox olur. Məhz ona görə də həmin əraziyə qədər nəqliyyatın ötürülməsini şaxələndirmək lazım gəldi. Elə yeni alternativ yol layihəsi də bu zərurətdən yarandı. Hazırda həmin layihənin icrası davam etdirilir.

V.BAYRAMOV, 
M.YAQUBZADƏ 
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 Yanvar 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təsadüf, yoxsa səssiz yazılmış ssenari? Məryəm Bağırova yazır

16 İyul 2025 12:49see1221

Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub SİYAHI

16 İyul 2025 19:20see189

10 illik dövr başa çatdı Real dan getdi

16 İyul 2025 15:01see147

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see125

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see123

GÖYÇAY SAKİNLƏRİ ÖRÜŞ SAHƏSİNDƏ SÜNİ GÖL YARADILMASINA ETİRAZ EDİR “İstifadə etməyə su tapmırıq” / Foto

16 İyul 2025 15:32see115

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see114

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see113

Livan druzlarının lideri: İsrail Suriyada xaos yaratmaq üçün bəzi druzlardan istifadə edir

16 İyul 2025 18:50see112

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see112

Gürcüstan Rusiyadan deportasiya olunmuş Ukrayna vətəndaşlarını sərhəddən buraxmır

16 İyul 2025 21:25see112

İrəvan imtina edir, yoxsa..?

16 İyul 2025 15:43see112

Bu il 100 yeni dövlət standartı qəbul edilib

16 İyul 2025 16:13see112

“Neftçi” yeni ev formasını təqdim edib FOTO

16 İyul 2025 23:05see111

TƏBİİ TƏLƏ: Yayın kəşfi ağcaqanadların sonunu gətirəcək

17 İyul 2025 00:56see111

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see111

Taxıl biçini: hansı problemlər var?

16 İyul 2025 23:26see110

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see110

Ukraynaya veriləcək silahlar məlum oldu “NYT” detalları açıqladı

16 İyul 2025 10:54see110

Bakıda bu əraziyə sahib çıxan yoxdur Video

16 İyul 2025 14:01see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri