Yeni “Apple” smartfonlarının satış gecəsində “Bolt” ilə 25% endirimli səfər imkanı
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Bolt for Business” “Baku Electronics” ilə əməkdaşlıq çərçivəsində yeni “Apple” smartfonlarının satışının başlanması münasibətilə keçiriləcək gecə tədbirinə mobillik dəstəyi göstərəcək.
Aktivasiya 24 sentyabrdan 25 sentyabra keçən gecə, saat 22:00-dan 03:00-dək “Baku Electronics”in İnşaatçılar filialında keçiriləcək. Tədbir yeni “Apple” smartfonlarının satışının 25 sentyabrdan başlaması münasibətilə təşkil olunur.
Tədbirə gələn və mağazadan geri qayıdan istifadəçilər “Bolt” tətbiqində təyinat məntəqəsi kimi “iPhone18” qeyd etməklə səfərlərdə 25% endirimdən yararlana biləcəklər. Endirim “Baku Electronics”in İnşaatçılar filialına gəliş və gediş səfərlərinə tətbiq olunacaq.
“Bolt for Business” Azərbaycan üzrə rəhbəri Salman Babazadə deyib:
“Yeni məhsulların satışa başladığı günlərdə mağazalara böyük maraq olur. “Baku Electronics” ilə əməkdaşlıq çərçivəsində məqsədimiz ziyarətçilərin mağazaya rahat çatmasına və geri qayıtmasına dəstək verməkdir”.
Tədbir çərçivəsində 25 sentyabr tarixində müştərilər üçün bir sıra imkanlar təqdim olunacaq:
Smartfon alışı zamanı cihazın pulsuz aktivləşdirilməsi;
Smartfona qoruyucu şüşənin pulsuz çəkilməsi;
Yeni smartfonlar üçün orijinal keyslərin endirimli qiymətlərlə əldə edilməsi;
Əvvəlcədən onlayn sifariş edilmiş smartfonların mağazadan təhvil alınması;
Dəyərli hədiyyənin – yeni “Apple iPhone 18 Pro”nun uduşu.
Tədbir zamanı ziyarətçilərin mağazaya giriş və çıxışını asanlaşdırmaq üçün xüsusi götürmə və düşürmə nöqtələri təşkil olunacaq.
“Baku Electronics”in Marketinq direktoru Aslan Həsənli isə öz növbəsində bildirib:
“Müştərilərimizin rahatlığı və məmnuniyyəti bizim üçün hər zaman ən əsas prioritetdir. Yeni məhsullarımızın təqdimatı günlərində “Bolt” ilə birlikdə müştərilərimizə belə bir üstünlük təklif etməkdən məmnunuq. Bu əməkdaşlıq sayəsində alıcılarımız mağazalarımıza daha rahat və sürətli şəkildə gələrək ən yeni texnologiyaları kəşf edə və alış-verişdən tam zövq ala biləcəklər”.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 24 Sentyabr 2026 18:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















