Icma.az
close
up
RU
Yeni Arda Gülər Fənərbaxça ya qismət oldu

Yeni Arda Gülər Fənərbaxça ya qismət oldu

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Deyəsən Türkiyə futbolunda yeni Arda Gülər yetişir.

"Football-plus.az" xəbər verir ki, Türkiyənin 3-cü liqa, yəni 4-cü divizion təmsilçisi ''Karşıyaka''da forma geyən 19 yaşlı Adəm Yeşilyurt son vaxtlar Türkiyə futbolunda ən çox müzakirə olunan gənc oyunçulardan biridi. Həm oyun tərzi, həm də solaxay olmasına görə Arda Gülərə bənzədilən 19 yaşlı futbolçu bu qış iki ciddi təklif aldı.
''Trabzonspor'' ona görə 600 min avro, səhmlərinin 74 faizi Acun Ilıcalıya məxsus olan Sloveniya təmsilçisi ''Maribor'' isə 750 min avro təklif etmişdi. Hətta ''Karşıyaka'' ilə ''Maribor'' arasında ilkin anlaşma da əldə olunmuşdu və gənc istedadın tezliklə Sloveniyaya yollanacağı gözlənilirdi. Amma son anda ''Fənərbaxça''nın araya girməsi ilə sürpriz yaşanıb.
Yağız Sabuncuoğlunun paylaşdığı məlumata görə ''Fənər'' prezidenti Sadəttin Saran özü şəxsən danışıqlarda iştirak edərək bu transferi tamamlayıb. ''Fənər'' İzmir klubu ilə 500 min avroya razılığa gəlib və bu məbləğ qarşı tərəfə iki hissəyə bölünərək ödəniləcək. Futbolçunun sonrakı satışından 25 faiz pay da ''Karşıyaka''ya çatacaq. Amma müqavilədə digər maraq doğuran maddələr də var.
Məsələn, yayda ''Fənər'' 3 gənc oyunçusunu ''Karşıyaka''ya icarəyə göndərəcək. Gələcəkdə bu 3 oyunçunun başqa kluba transferi reallaşsa, izmirlilərə 5 faiz pay veriləcək. Və nəhayət, ''Karşıyaka'' bu yay ''Fənər''ə məxsus məşhur ''Topuk Yaylası'' bazasında iki dəfə tamamilə pulsuz toplanış keçə biləcək. Əslində ''Karşıyaka'' özü də əlində belə istedadın olduğunun fərqinə varmamışdı. Adəm Yeşilyurt mövsümün əvvəlində demək olar, oynamırdı. Amma federasiya tərəfindən klubun 8 futbolçusuna oyunlara pul qoyuluşu etdiklərinə görə cəza verildikdən sonra ''Karşıyaka'' məcbur olaraq öz gənc yetirmələrinə şans verməli oldu. Adəm də dərhal öz oyunu ilə diqqət çəkməyə başladı.
İndiyə qədər 12 oyunda onun aktivində 2 qol, 2 məhsuldar ötürmə var. Artıq ''Fənər''in futbolçusu olmasına baxmayaraq Yeşilyurt mövsümün sonuna qədər icarə əsasında ''Karşıyaka''da forma geyməkdə davam edəcək. O, yeni klubuna yayda qoşulacaq.
Adəm həm də Türkiyənin U-19 yığmasının üzvüdü.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 13 Fevral 2026 23:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see297

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see281

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see267

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see265

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see238

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see232

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see229

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see214

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see211

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see209

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see208

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see205

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see201

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see196

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see185

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see182

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see181

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri