Yeni arı növü kəşf edildi Elm adamları səbəbini hələ izah edə bilmir
Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Alimlər Avstraliyanın qərbində aparılan tədqiqatlar zamanı “Lusifer” adını verdikləri yeni arı növünü aşkarlayıblar.
Ölkə.az xəbər verir ki, bu arı növü dağlıq ərazidə yerləşən nadir bir çiçəyin müşahidəsi zamanı tapılıb. Maraq doğuran məqam odur ki, buynuzlar yalnız dişi arılarda mövcuddur. Alimlər hesab edirlər ki, bu buynuzlar arılara özlərini qorumağa, tozcuqları toplamağa və yuva qurmağa kömək edə bilər.
Tədqiqatın rəhbəri doktor Keyt Prenderqast bildirib ki, arının “Lusifer” adlandırılması Netflix-də yayımlanan eyni adlı serialdan ilhamlanıb. Bu, son 20 il ərzində bu ailəyə aid ilk yeni arı növünün kəşfidir.
Mütəxəssislər həmçinin xəbərdarlıq ediblər ki, arıların və onların tozlandırdığı nadir çiçəyin təbii yaşayış mühitinin təcili qorunması vacibdir. (musavat)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 13 Noyabr 2025 01:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















