Icma.az
close
up
RU
Yeni Azərbaycan Partiyası tarixin çağırışından doğan xalq iradəsidir

Yeni Azərbaycan Partiyası tarixin çağırışından doğan xalq iradəsidir

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Azərbaycanın siyasi səhnəsində elə hadisələr var ki, onlar bir dövrü dəyişməklə qalmır, bütöv bir xalqın taleyini yenidən yazır. 1992-ci ilin noyabrında yaranan Yeni Azərbaycan Partiyası belə tarixi dönüşlərin ən mühümüdür. O dövrdə Azərbaycanın gələcəyi sual altında idi, dövlətin dayaqları sarsılmış, xalqın inamı zəifləməkdə idi. Məhz belə bir məqamda milli iradənin, dövlətçilik düşüncəsinin və xilas missiyasının təcəssümü kimi Yeni Azərbaycan Partiyası səhnəyə çıxdı. Bu partiyanın yaranması, əslində, bir ideologiyanın, bir dövlətçilik fəlsəfəsinin doğuluşu idi. O, zərurətdən doğdu, lakin təsadüfən yaranmadı – xalqın xilası üçün tarixin özü bu partiyanı yaratdı. Yeni Azərbaycan Partiyasının bünövrəsində Ümummilli Lider Heydər Əliyevin müdrikliyi, xalqına sonsuz sevgisi və dövlətçiliyə sədaqəti dayanır. 1990-cı illərin ağır günlərində o, xalqın çağırışına səs verərək milli birliyin, sabitliyin və inkişafın siyasi əsaslarını qurdu. Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi ilə formalaşan YAP, qısa zamanda yalnız bir siyasi təşkilat deyil, xalqın nicat ümidinə çevrildi. O, Azərbaycan cəmiyyətini parçalanmadan, dövlətçiliyi isə dağılmaq təhlükəsindən qorudu. Ulu Öndərin dediyi kimi: “Yeni Azərbaycan Partiyası xalqın istəklərini ifadə edən, onun gələcəyinə inamını özündə cəmləyən bir partiyadır. Bu partiya Azərbaycanın sabahı naminə yaranmışdır.” Bu fikir təkcə tarixi bəyanat deyil, həm də YAP-ın bu günədək dəyişməz ideoloji mayasıdır. Ulu Öndər Heydər Əliyev partiyanın proqram və vəzifələrini müəyyənləşdirərkən ölkənin inkişafı üçün üç əsas prinsip ortaya qoydu. Dövlətçiliyin qorunması və möhkəmləndirilməsi, siyasi sabitliyin təmin olunması və milli maraqlara əsaslanan sosial-iqtisadi inkişafın həyata keçirilməsi. Bu prinsiplər sonrakı onilliklərdə Azərbaycanın inkişaf strategiyasının təməl xəttinə çevrildi.

YAP-ın tarixi inkişafına nəzər saldıqda, onun fəaliyyətinin hər mərhələsində xalqla dövlət arasında körpü rolunu oynadığını görürük. Partiya təkcə hakim siyasi qüvvə deyil, həm də milli həmrəyliyin və sabitliyin qoruyucusudur. 1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı, məhz YAP-ın siyasi dayaqları üzərində baş verdi. Bununla Azərbaycan müstəqilliyini qorudu, dövlət institutlarını bərpa etdi, inkişaf strategiyasına qədəm qoydu. YAP-ın formalaşdırdığı siyasi model sabitliyin, qanunçuluğun və ardıcıl inkişafın simvoluna çevrildi. 1990-cı illərin sonlarında Azərbaycan artıq regionda söz sahibi olan dövlət idi və bu yüksəlişin siyasi dayağı məhz YAP idi. 2003-cü ildən etibarən partiyanın sədri, dövlət başçısı cənab İlham Əliyev bu ideoloji məktəbi yeni mərhələyə yüksəltdi. Onun rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası özünü yeniləyərək müasir dövrün siyasi sisteminə çevrildi. Cənab Prezident İlham Əliyev partiyanın fəaliyyətinə çeviklik, gənclik enerjisi və müasir idarəetmə yanaşması gətirdi. O, YAP-ı yalnız daxili siyasətin deyil, həm də qlobal miqyasda Azərbaycanın milli maraqlarını müdafiə edən siyasi güc mərkəzinə çevirdi. Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən islahatlar, sosial proqramlar, beynəlxalq enerji layihələri, ordu quruculuğu və diplomatik uğurlar YAP-ın proqram xəttinin real təzahürüdür. Cənab Prezident İlham Əliyev bu siyasətin nəticəsini belə ifadə etmişdi: “Yeni Azərbaycan Partiyası Azərbaycanın gələcəyinin partiyasıdır. Onun ideologiyası dövlətçiliyin, müstəqilliyin və xalq rifahının təminatçısıdır.” Bu gün YAP cənab Prezident İlham Əliyevin liderliyi ilə təkcə siyasi təşkilat deyil, dövlətin ideoloji mərkəzi, milli birliyin və sabitliyin təminatçısıdır. YAP-ın siyasi proqramı dövlətin strateji inkişaf xəttini müəyyənləşdirir. Bu proqram yalnız keçmişin təhlili deyil, həm də gələcəyə baxışdır. Onun əsas vəzifələri bunlardır. Müstəqil dövlətin maraqlarını qorumaq və möhkəmləndirmək, sosial ədalət və rifah cəmiyyətini təmin etmək, gəncliyin milli ruhda yetişdirilməsini prioritet saymaq, Azərbaycanın beynəlxalq nüfuzunu artırmaq, Qarabağ və Şərqi Zəngəzurun bərpasını milli prioritet kimi davam etdirməkdir. Bu istiqamətlər YAP-ı bütün siyasi sistemin hərəkətverici qüvvəsinə çevirib. YAP-ın gücü təkcə sözlərdə deyil, əməli işlərdədir. Yeni Azərbaycan Partiyası artıq üç onillikdən çoxdur ki, xalqın etimadını qorumaqda və dövlət siyasətini müəyyənləşdirməkdə aparıcı qüvvədir. Seçkilərdə ardıcıl qələbələr, parlament çoxluğu, icra hakimiyyətlərində siyasi balans – bütün bunlar YAP-ın cəmiyyətin bütün təbəqələri ilə real təmasda olmasının göstəricisidir. Partiyanın əsas prinsipləri – vətənpərvərlik, dövlətçilik, milli həmrəylik və sosial ədalət – onu sırf siyasi qurumdan daha artıq bir ideoloji məktəbə çevirib. Bu məktəb yüz minlərlə fəalı ilə dövlətə xidmətin, xalqa sədaqətin, sabitliyin qorunmasının simvoluna çevrilib.

44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı möhtəşəm Qələbə, cənab Prezident İlham Əliyevin dəmir iradəsi və xalqın birliyi, əslində YAP ideologiyasının zirvə təntənəsi idi. Bu gün həmin Zəfərin davamı olaraq həyata keçirilən “Böyük Qayıdış” proqramı, Şuşa Bəyannaməsi və yenidən qurulan Qarabağ şəhərləri, YAP-ın milli hədəflərinin real icrasıdır. YAP bu gün təkcə siyasi xətt deyil, milli ruhun və dövlət məsuliyyətinin sintezi, müstəqil Azərbaycanın gələcəyini müəyyən edən ideoloji qüvvədir. Yeni Azərbaycan Partiyasının yaranmasından keçən  illər sübut etdi ki, o, təkcə siyasi partiya deyil – bir ideologiya, bir məktəb, bir millət missiyasıdır. Ulu Öndər Heydər Əliyevin yaratdığı bu böyük siyasi irs bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafın, Zəfərin və sabitliyin yoluna çevrilib. Yeni Azərbaycan Partiyası Azərbaycan tarixində yalnız bir siyasi təşkilat deyil, bir dövrün təməl ideoloji hərəkatı, dövlətçiliyimizin sütunlarından biridir. YAP milli iradənin təcəssümü, dövlətin dayağı, xalqın etimad ünvanıdır.

Rüstəm Nağıyev,

YAP Gədəbəy rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 21 Noyabr 2025 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri