Icma.az
close
up
RU
Yeni Azərbaycan reallığı milli qürur mənbəyimizdir

Yeni Azərbaycan reallığı milli qürur mənbəyimizdir

Icma.az, Sia Az portalına istinadən məlumat verir.

Sentyabrın 7-də Yeni Azərbaycan Partiyası (YAP) Babək rayon təşkilatının XIII konfransı keçirilib. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

YAP Babək rayon təşkilatının sədri İsa Məmmədov hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu daha da yüksəlib, regionların sosial-iqtisadi inkişafı sürətlənib, genişmiqyaslı quruculuq və abadlıq işləri həyata keçirilib.

İ.Məmmədov qeyd edib ki, ötən müddət ərzində YAP Babək rayon təşkilatı qarşıya qoyulan vəzifələrin icrası istiqamətində fəaliyyətini ardıcıl olaraq davam etdirib.

Konfransda Babək Rayon İcra Hakimiyətinin başçısı Ovni Muradov çıxış edərək Azərbaycanın əldə etdiyi mühüm nailiyyətlərdən bəhs edib. O, Yeni Azərbaycan Partiyasının Azərbaycanın davamlı inkişafının təmin edilməsində və dövlətçilik ənənələrinin möhkəmləndirilməsində roluna diqqəti cəlb edib.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva isə çıxışında Azərbaycanın ərazi bütövlüyünün və mütləq suverenliyinin bərpasının tarixi əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, qalib Azərbaycan regionda yeni reallıqlar yaradıb. Ü.Həmzəyeva bu tarixi nailiyyətin Prezident İlham Əliyevin qətiyyətli siyasətinin nəticəsi olduğunu diqqətə çatdırıb.

Daha sonra YAP Mərkəzi Aparatının Siyasi təhlil, maarifləndirmə və seçkilərlə iş şöbəsi müdirinin müavini Asif İmaməliyev çıxış edərək Yeni Azərbaycan Partiyasının Azərbaycanın ictimai-siyasi həyatında aparıcı rolundan bəhs edib, partiyanın ölkənin inkişafına verdiyi töhfələri diqqətə çatdırıb. A.İmaməliyev vurğulayıb ki, YAP-ın gücü onun geniş sosial bazaya, möhkəm təşkilati struktura və vahid məqsəd ətrafında birləşən üzvlərə malik olması ilə şərtlənir. O, partiyanın bundan sonra da qarşıda duran bütün vəzifələri müvəffəqiyyətlə yerinə yetirmək əzmində olduğunu bildirib.

Babək rayonu Təhsil şöbəsinin müdiri, YAP Babək rayon təşkilatı təhsil şöbəsi ərazi partiya təşkilatının sədri Sahil Əlizadə və partiyanın gənc üzvü Şəhla Tarverdiyeva gənc nəslin ictimai-siyasi proseslərə cəlb olunmasının, onların təşəbbüskarlığının dəstəklənməsinin önəmindən bəhs ediblər.

Konfransda YAP Babək rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII Qurultayına nümayəndələr seçilib. Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 Sentyabr 2026 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see314

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see311

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see301

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see271

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see267

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see259

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see253

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see250

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see247

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see239

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see222

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see221

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see220

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see219

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see217

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see208

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see201

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri