Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Bəzi rayonlarda işıq olmayacaq

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Yeni BAHALAŞMA gəlir: Nə olacaq? KONKRET

Yeni BAHALAŞMA gəlir: Nə olacaq? KONKRET

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu ilin yanvar ayında Azərbaycanda 1 904,4 ton kərə yağı istehsal edilib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 13,2% aşağıdır. Yanvarın 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 74,2 ton təşkil edib.

KONKRET.az xəbər verir ki, həmin dövrdə ölkədə marqarin istehsalı 2025-ci ilin yanvar ayına nisbətən 28,5 faiz azalaraq 3 min 700,6 ton, duru bitki yağının istehsalı isə 15,6% artaraq 4 min 576,6 ton təşkil edib. Bundan başqa, ötən ay Azərbaycanda 219,6 min dekalitr həcmində ( 1dkl = 10 litr ) meyvə şirələri, 11 min 433,5 ton meyvə-tərəvəz konservləri, 6,4 min ton qida duzu istehsal olunub ki, bu da əvvəlki ilin yanvar ayı ilə müqayisədə müvafiq olaraq, 44,5%, 8,2%, və 11,1% azdır. Qeyd edək ki, 2025-ci ildə ölkəyə, ümumilikdə, 145 milyon 314,48 min ABŞ dolları dəyərində 20 min 130,38 ton kərə yağı və 5 milyon 795,09 min ABŞ dolları dəyərində 4 min 86,42 ton marqarin idxal olunub.

O da məlum olub ki, bu il yanvarın 1-nə Azərbaycanda iribuynuzlu heyvanların sayı 2 milyon 435,5 min baş, xırdabuynuzlu heyvanların sayı isə 6 milyon 757,8 min baş təşkil edib. 2025-ci ilin yanvar ayının 1-i ilə müqayisədə iribuynuzlu heyvanların sayı 1,2% və ya 30.1 min baş, xırdabuynuzlu heyvanların sayı isə 2% və ya 138.7 min baş azalıb. Ötən il ölkəyə 33 milyon 51.71 min ABŞ dolları dəyərində 306 591 baş diri qoyun, 91 milyon 457.62 min ABŞ dolları dəyərində 115 301 baş diri iribuynuzlu heyvanlar idxal edilib.

İqtisadçı Vüsalə Əhmədovanın fikrincə, otlaq sahələrinin azalması və yemçilik problemləri ilə bağlı Azərbaycanda son illərdə heyvan sayında azalma müşahidə olunur. Musavat.com-a açıqlamasında o, bildirib ki, yüksək yem xərcləri, aşağı süd məhsuldarlığı fermerləri daha sərfəli sahələrə keçməyə vadar edir:

“Əlbəttə, heyvan sayının azalması kərə yağının istehsal həcminə müəyyən dərəcədə təsir edib, ancaq birbaşa təklifi məhdudlaşdıra biləcəyini düşünmürəm. 2023-cü illə müqayisədə 2024-cü ildə iribuynuzlu heyvan sayında təxminən 4,4%-lik azalma yaşanmışdı (təqribən 115.635 baş azalmadan söhbət gedir). Buna baxmayaraq, 2023-cü ildə kərə yağının istehsal həcmi 27.000 ton səviyyəsində olduğu halda, 2024-cü ildə 28.975 ton həcmdə istehsal həyata keçirilib. Bu da 2023-cü il ilə müqayisədə 1.988 ton və ya təqribən 7,4% artım deməkdir. Bu səbəbdən kərə yağı istehsalındakı durğunluğu yalnız heyvan sayının azalması ilə əlaqələndirmək doğru olmaz. İstehsal həcmi daha mürəkkəb faktorlarla müəyyənləşir, məsələn, məhsuldarlıq, texnologiya, südlük mal istehsalının səviyyəsi, yüksək istehsal dəyəri və bazar tendensiyaları”.

V.Əhmədovanın sözlərinə görə, Azərbaycan üçün ərzaq təhlükəsizliyinin hələ tam təmin olunduğunu demək olmaz:

“Məhsuldarlıq beynəlxalq səviyyələrdən çox aşağıdır və idxaldan tam asılılıq aradan qalxmayıb. Bu baxımdan idxal-ixrac dinamikaları hər zaman diqqət mərkəzində olmalıdır. Məsələn, 2024-cü ilin əvvəlində Azərbaycandan Rusiyaya 940-960 ton kərə yağı ixrac olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə çox yüksəkdir. 2025-ci ilin yanvar-mart aylarında isə təxminən 12,6 milyon ABŞ dolları dəyərində kərə yağı ixracı həyata keçirilib. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 78% artım deməkdir (dəyər ifadəsində). Beynəlxalq trendlər göstərir ki, dünya bazarında südlük məhsulların qiymətində volatillik davam edir. Bəzi regionlarda qiymətlər aşağı səviyyədə olsa da, kərə yağının qiyməti yüksək qalan bazarlar daha çoxdur. FAO kimi beynəlxalq təşkilatlar göstərir ki, qida qiymətləri indeksində taxıl, ət və süd məhsullarının qiymətləri hər zaman artmaya meylli olub. Bu səbəbdən də hər üç məhsulda qida təhlükəsizliyi tam təmin olunmalıdır və daha sonra ixracın artırılmasından söhbət gedə bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://konkret.az
archiveBu xəbər 24 Fevral 2026 09:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see334

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see322

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see313

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see276

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see248

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see246

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see241

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see228

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see206

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see196

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see188

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see177

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see175

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see175

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see173

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see168

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see165

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see160

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri