Icma.az
close
up
RU
Yeni Baş nazir kollektivə təqdim edilib Prezidentin səlahiyyətli nümayəndəsi tərəfindən

Yeni Baş nazir kollektivə təqdim edilib Prezidentin səlahiyyətli nümayəndəsi tərəfindən

Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

Bu gün Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin edilən Cabbar Musayev kollektivə təqdim edilib.

Mia.az xəbər verir ki, təqdimat mərasimindən əvvəl Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov və Baş nazir Cabbar Musayev Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucaldılan abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsini ehtiramla anıblar.

Daha sonra Ceyhun Cəlilov Prezidentin təqdimatına uyğun olaraq Cabbar Musayevi Nazirlər Kabinetinin kollektivinə təqdim edib.

Baş nazir Cabbar Musayev çıxışında göstərilən yüksək etimada görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını vurğulayıb. Baş nazir ölkə başçısının müəyyən etdiyi strateji xəttə uyğun verilmiş tapşırıq və göstərişlərin vaxtında icra edilməsini, müəyyən edilmiş məsuliyyəti, dürüstlük, şəffaflıq və peşəkarlıqla yerinə yetirəcəyini bildirib.

Səlahiyyətli nümayəndə Ceyhun Cəlilov çıxış edərək Prezident cənab İlham Əliyevin tapşırıqlarını diqqətə çatdırıb. O bildirib ki, Nazirlər Kabinetinin əsas vəzifəsi sosial-iqtisadi proqramların vaxtında və keyfiyyətlə icra edilməsidir. Atılan bütün addımların mərkəzində vətəndaş məmnunluğu və sosial ədalət prinsipləri dayanmalıdır. Məşğulluğun artırılması, sahibkarlığın inkişafı, aqrar sahənin gücləndirilməsi, turizm potensialının genişləndirilməsi, ekoloji tarazlığın qorunması və yol infrastrukturunun möhkəmləndirilməsi və s. sahələrin yüksələn xəttlə inkişafı davam etdirilməlidir.

Ceyhun Cəlilov diqqətə çatdırıb ki, Prezident cənab İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" təsdiq edilmişdir. Səlahiyyətli nümayəndə Muxtar respublikanın müasir inkişaf yol xəritəsi sayılan Dövlət Proqramının 2026–2027-ci illər üzrə icrasının intensiv şəkildə davam etdirilməsinin vacibliyini vurğulayıb.

Sonda səlahiyyətli nümayəndə Cabbar Musayevi təbrik edərək, Prezidentin muxtar respublikanın inkişafı ilə bağlı tapşırıqlarının vaxtında və layiqincə yerinə yetiriləcəyinə əminliyini ifadə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://mia.az
archiveBu xəbər 09 Fevral 2026 22:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see351

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see349

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see347

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see275

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see269

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see268

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see267

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see259

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see250

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see250

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see238

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see231

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see229

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see228

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see227

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see225

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see223

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see223

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see220

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri