Icma.az
close
up
RU
Yeni Corolla Cross yenilənmiş SUV üslubu ilə qarşınızdadır

Yeni Corolla Cross yenilənmiş SUV üslubu ilə qarşınızdadır

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Toyota ailə dostu funksionallığı və müasir zərifliyi ilə yenilənmiş Corolla Cross modeli ilə bazarda özünü doğrultmağa davam edir.

Yeni Corolla Cross qabaqcıl texnologiyanı, hibrid səmərəliliyi və müasir dizaynı orijinal SUV xarakteri ilə birləşdirir. O, “Toyota”nın əsas dəyərləri özündə əks etdirməklə yanaşı, “Corolla”nın uzun illərdir etibarlı yol yoldaşı kimi qazandığı nüfuza söykənir.

Yeni səssizləşdirici materiallar sayəsində daha sakit, hamar və rahat sürüş təcrübəsi təmin olunur. Eyni zamanda, zərif bal pətəyi formalı ön barmaqlıqlar, yeni adaptiv uzaq məsafə faraları və yenidən dizayn edilmiş ön və arxa işıqlar avtomobilə müasir və zəriflik qatır.

Arxada yerləşən qabarıq Corolla Cross loqosu modelə fərqlilik qatarkən, 18 düymlük möhkəm yüngül lehimli disklər isə güclü və dinamik duruş yaradır.

Daha geniş mərkəzi konsol, dizayn baxımından yenilənmiş sürətlər qutusu, əlavə smartfon saxlama yeri və simsiz enerji doldurma funksiyası kimi praktiki dəyişikliklər sürücülərin rahatlığının qeydinə qalır. Bundan əlavə, Android cihazlara enerji doldurma sürətinin 1,5 dəfə artırılması ilə mobil cihazla avtomobil arasındakı əlaqənin keyfiyyəti yaxşılaşdırılıb.

Toyota Smart Connect multimedia və əyləncə paketi 10,5 düymlük yüksək dəqiqliyə malik sensorlu ekranlarda standart olaraq təqdim olunur. Bundan əlavə, 12,3 düymlük tam rəqəmsal cihaz paneli də bütün versiyalar üçün standartdır. Yaxşılaşdırılmış ambient salon işıqlandırmaları, qızdırılan sükan və oturacaqlar isə daha yüksək komplektasiyalarda təklif olunan üstünlüklərdəndir.

Sərnişinlər üç əsas istiqamətdə təkmilləşdirilmiş izolyasiya sayəsində daha sakit və rahat səyahətdən zövq almaq mümkündür. Dam örtüyündə istifadə edilmiş səsuducu materiallar səssizliyi maksimuma çatdırır, arxa ventilyasiya hissəsindəki əlavə material isə arxa sərnişinlər üçün səs və vibrasiyanı minimuma endirir.

Yeni Corolla Cross “Toyota”nın beşinci nəsil hibrid sistemi olan “Hybrid 200” ilə təchiz olunub. Bu, “Toyota”nın karbon neytrallığına yönəlmiş strategiyasına tam uyğun olmaqla yanaşı, Azərbaycan bazarında hibrid avtomobillərə olan marağın dəstəkçisidir.

Yüksək təhlükəsizlik və rahatlıq üçün avtomatik sistem yeniləmələrini dəstəkləyən Toyota T-Mate sistemi də standart olaraq təqdim olunur. Bu sistem üçüncü nəsil Toyota Safety Sense ilə qabaqcıl sürüş və parkinq yardım sistemlərini özündə birləşdirir.

Yenilənmiş Corolla Cross artıq Azərbaycandakı bütün rəsmi diler mərkəzlərində satışdadır. Ətraflı məlumat əldə etmək üçün dilerlərlə əlaqə saxlamaq və ya www.toyota.az veb-saytına keçid etmək kifayətdir.

Toyota Bakı Mərkəzi – (+994) 12 496 70 10 və ya (+994) 12 496 70 11

Toyota Abşeron Mərkəzi – +994 12 349 00 60 və ya *0110

Toyota Gəncə Mərkəzi – (+994) 22 259 25 25

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://apa.az
archiveBu xəbər 18 Noyabr 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see145

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see143

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see143

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see132

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see132

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri