Icma.az
close
up
RU
Yeni Culfa yarımstansiyasında görülən işlərlə bağlı açıqlama FOTO

Yeni Culfa yarımstansiyasında görülən işlərlə bağlı açıqlama FOTO

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Naxçıvan Muxtar Respublikasında istehlakçıların etibarlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması qarşıda duran ən mühüm vəzifələrdən biridir.

Naxçıvan Dövlət Energetika Xidmetindən Globalinfo.az-a verilən məlumata görə, bu məqsədlə əhalinin fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, qəza açılmalarının minimuma endirilməsi, elektrik təchizatının etibarlılığının yüksəldilməsi diqqət mərkəzində saxlanılır. Bu baxımdan yeni texnologiyaların tətbiqi və maddi-texniki bazanın müasirləşdirilməsi başlıca prioritetlərdəndir.

2004-cü ildə köhnə avadanlıqlardan istifadə edilərək o dövrün elektrik enerjisi tələbatına uyğun tikilən 132/110/10 kilovoltluq “Culfa” yarımstansiyasının köhnə avadanlıqları müasir tələblərə cavab vermədiyindən və istismar müddətini bitirdiyindən tamamilə yenidən qurulub.

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 132/110/35/10 kilovoltluq yeni “Culfa” yarımstansiyası üçün alınmış transformatorların quraşdırma işləri yekunlaşıb. Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin və Türkiyə Respublikasının “Europower Enerji ve Otomasyon Teknolojileri San. Tic. Anonim Şirkəti”nin mütəxəssislərinin iştirakı ilə yarımstansiyada rele-mühafizə və SCADA sistemləri üzrə son sınaq-sazlama işləri həyata keçirilib, “Azərenerji” ASC-nin avtomatlaşdırılmış SCADA dispetçer sisteminə qoşulubdur.

Yarımstansiyada 132/110 kV-luq 50 MVA gücündə bir ədəd, 110/35/10 kV-luq 16 MVA gücündə iki ədəd yeni transformator quraşdırılıb, yarımstansiyanın gücü 82 MVA-ya çatdırılıb.

Yarımstansiyada 110 kilovoltluq açıq paylayıcı qurğu inşa edilib, kabel zirzəmisi inşa olunub, optik kabel çəkilib, beynəlxalq standartlara cavab verən müasir tipli elektrik avadanlıqları, elektron tipli rele mühafizəsi və avtomatika sistemləri ilə təchiz edilib. Binanın damında daxili elektrik enerjisi təlabatı üçün günəş panelləri və üç ədəd 5 kilovat gücündə invertorlar quraşdırılıb. Burada növbətçi heyət üçün lazımi iş şəraiti yaradılıb, müvafiq xidmət otaqları, texniki xidmət və idarəetmə otaqları inşa edilib.

Yarımstansiyada 35 kilovoltluq qapalı paylayıcı qurğunun tikintisi və şəbəkə ilə əlaqələndirilməsi Culfa rayonunda 35 kilovoltluq dairəvi elektrik təchizat sxemlərinin yaradılmasına, elektrik enerjisinin dayanıqlılığına və etibarlılığına xidmət edəcəkdir.

Yarımstansiyanın yenidən qurulması ilə 110 kilovoltluq elektrik verilişi xətlərinin əlaqələnmə sxemlərinin dəyişdirilməsi mümkün olub. Bununla da Biləv Su Elektrik Stansiyası, 110/35/10 kilovoltluq “Çeşməbasar” yarımstansiyası arasında 110 kilovoltluq elektrik təchizatı sxeminin etibarlılığı artırılıb, gələcəkdə 36 MVt Ordubad Su Elektrik Stansiyasının yarımstansiya ilə əlaqələndirilməsi nəzərə alınıbdır.

Yarımstansiya muxtar respublika enerjisisteminə tam inteqrasiya edildikdən sonra, elektrik enerjisinin ötürülməsinin dayanıqlığı ilə yanaşı, Culfa və Ordubad rayonlarında əhali və qeyri-əhali abonentlərinin, bir sıra istehsal və infrastruktur obyektlərinin elektrik enerjisi ilə təminatı yaxşılaşdırılacaq, elektrik enerjisi ilə təchiz edilən bütün növ mövcud istehlakçılarla yanaşı, perspektivdə yaranacaq abonentlərin elektrik enerjisi təminatını daha keyfiyyətli və dayanıqlı formada həyata keçirmək üçün də bütün imkanlara malik olacaqdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Mart 2025 01:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri