Icma.az
close
up
RU
Yeni dəmir yolu Naxçıvanda turizmin inkişafını sürətləndirəcək

Yeni dəmir yolu Naxçıvanda turizmin inkişafını sürətləndirəcək

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Cənubi Qafqazda sülh gündəliyinin irəliləməsi, Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələnin başlanması və 8 avqustda imzalanan Vaşinqton Bəyannaməsi Zəngəzur dəhlizi ilə bağlı prosesləri nəzərəçarpacaq dərəcədə sürətləndirib. Bu xüsusda, hazırda həm siyasi, həm də texniki müstəvidə konkret addımlar atılır.

Xüsusilə Naxçıvanda yeni dəmir yolu xətlərinin fəaliyyətinin bərpası bölgənin inkişaf dinamikasına güclü təkan verib. Bu infrastruktur yeniliyi təkcə logistika imkanlarını genişləndirmir, eləcə də Muxtar Respublikanın iqtisadi potensialının artmasına və sosial rifahın yüksəlməsinə ciddi stimul yaradır. Nəqliyyat əlaqələrinin bərpası turizm axınını canlandırmaqla yanaşı, yerli istehsalın bazarlara çıxışını asanlaşdırmağı və ən əsası, yeni iş yerlərinin açılmasına şərait formalaşdırmasını hədəfləyir.

Mövzu ilə bağlı Modern.az-a açıqlamasında 6 saylı Ordubad-Culfa seçki dairəsinin deputatı Vüqar Rəhimzadə qeyd edib ki, Vətən müharibəsində tarixi Zəfərimiz Azərbaycanın beynəlxalq hüquq çərçivəsində haqlı mövqeyini, ədaləti  təsdiqləməklə yanaşı, regionda yeni nəqliyyat-kommunikasiya imkanlarının formalaşmasına zəmin yaratdı.

“Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr  2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarına əsasən, Zəngəzur dəhlizinin açılması təmin olunmalı idi. Amma Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından bu məsələnin reallaşması yubandı. Amma bu il avqustun 8-də Vaşinqtonda imzalanan sənəd çərçivəsində razılaşdırılan Zəngəzur dəhlizi (TRIPP layihəsi) Azərbaycanı Ermənistan ərazisi üzərindən Naxçıvan ilə birbaşa birləşdirəcək. Zəngəzur dəhlizi Azərbaycanı region dövlətləri ilə yanaşı, Mərkəzi Asiya ilə Türkiyə və Avropanı birləşdirəcək. Nəqliyyat infrastrukturunun beynəlxalq əhəmiyyətini nəzərə alaraq onun keçəcəyi ərazidə inşaat işlərini sürətləndirən Azərbaycanın dəmir və avtomobil yollarında tikinti işlərinin xeyli hissəsi icra olunub. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması planlaşdırılır”.

Milli Məclisin deputatı bildirib ki, Vaşinqton razılaşması çərçivəsində Zəngəzur dəhlizi boyunca dəmir yolu əlaqəsi bərpa olunacaq:

“Azərbaycan Dəmir Yolları” QSC Naxçıvan Muxtar Respublikasında dəmir yolları infrastrukturunun yenidən qurulması və modernləşdirilməsi üçün layihələndirmə işlərini başa çatdırıb və artıq Ordubad rayonunda, Ermənistanla şərti sərhəddə tikinti işlərinə start verilib. Tikinti işləri 188 km-lik dəmiryol xəttini əhatə edir. Məqsəd müasir tələblərə cavab verən yeni dəmir yolu şəbəkəsinin qurulmasıdır. Əsaslı təmir işləri başa çatdıqdan sonra dəmir yolunun illik yükötürmə qabiliyyəti 15 milyon ton təşkil edəcək”.

O, həmçinin əlavə edib ki, Zəngəzur dəhlizi yalnız infrastruktur layihəsi olmaqla kifayətlənmir, həm də regional inteqrasiyanın mühüm bir hissəsidir:

“Bu yol yalnız nəqliyyat sistemini gücləndirmək deyil, həm də regionda, o cümlədən ölkəmizin ayrılmaz hissəsi olan Naxçıvanda iqtisadiyyatın inkişafını sürətləndirmək üçün mühüm bir vasitə olacaq. Ümumiyyətlə, Naxçıvanda dəmir yolunun müasirləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, Naxçıvan uzun illər blokada şəraitində yaşadığından burada logistika imkanlar hər zaman məhdud olub. Malların daşınması əsasən hava və qonşu İran ərazisi vasitəsilə avtomobil yolu ilə həyata keçirilir. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və uğurlu siyasət, dövlətin strateji yanaşması nəticəsində Naxçıvanın sosial-iqtisadi inkişafında yeni mərhələ başlayacaq”.

Deputat onu da əlavə edib ki, həm Zəngəzur dəhlizinin açılması, həm də Naxçıvanda dəmir yolunu müasirləşdirilməsi bölgəni blokadadan çıxarmaqla yanaşı, burada istehsal olunan kənd təsərrüfatı və sənaye məhsullarının ixrac imkanlarını genişləndirəcək, turizm sektorunun inkişafını sürətləndirəcək:

“Daşınma xərci azalacağından yerli istehsalçıların gəliri artacaq. Bu isə həm Naxçıvanın inkişafına, həm də yerli əhalinin sosial vəziyyətinin daha da yaxşılaşmasına müsbət təsir göstərəcək. Dəmir yolunun müasirləşdirilməsi bölgəyə yeni investisiyaların yatırılması deməkdir. Bütün bu işlərin görülməsi Naxçıvanda və digər bölgələrdə yeni iş yerlərinin açılmasını, iqtisadiyyatın daha da inkişafını  təmin edəcək”,- V.Rəhimzadə fikrini tamamlayıb.

Turizm eksperti Rəhman Quliyev dünya təcrübəsinə əsaslanaraq bildirib ki, qatarla səyahət edən turistlərin sayı avtobusla müqayisədə daha çoxdur:

“Bu baxımdan, Azərbaycanda da Naxçıvanla paytaxt arasında dəmir yolunun birbaşa açılması və əvvəlki dövrün bərpa edilməsi Naxçıvanda sosial rifahın yaxşılaşmasına atılmış mühüm bir addım olacaq. Bu həm də paytaxtdan və Azərbaycana gələn turistlərin Naxçıvana daha rahat şəkildə səfər etməsini təmin edəcək.

Ümumiyyətlə hesab edirəm ki, bu, Naxçıvanda yaşayan sakinlərin öz məhsullarını turistlərə satması, eləcə də öz evlərini kirayə verməsi üçün yeni imkanlar yaradacaq və onların sosial rifahının artmasına səbəb olacaq”.

Ekspert onu da əlavə edib ki, əgər həmin xəttin yükünü artırıb doldurmaq mümkün olsa, tələbat artdıqca bölgədə yeni turizm infrastrukturunun yaradılması zərurəti meydana çıxacaq:

“Bu isə öz növbəsində investorlar üçün böyük maraq doğuracaq. Nəticə etibarilə, yeni turizm kompleksləri, otellər, əyləncə mərkəzləri açılacaq və bu da Naxçıvanda yeni iş yerlərinin yaranmasına gətirib çıxaracaq.

Hesab edirəm ki, atılan bu addımlar ümumilikdə Naxçıvanın daha böyük bir turizm mərkəzinə çevrilməsinə imkan verəcək”,- deyə R.Quliyev qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://modern.az
archiveBu xəbər 10 Dekabr 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see248

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see188

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see176

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see145

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri