Icma.az
close
up
RU
Yeni dəyişikliklər bunlara hesablanıb Naxçıvanın muxtar statusu ləğv edilir?

Yeni dəyişikliklər bunlara hesablanıb Naxçıvanın muxtar statusu ləğv edilir?

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına təklif edilən dəyişiklik artıq Ali Məclisdə səs vermədən keçib. Bundan sonra hüquqi prosedura əsasən bu Konstitusiya qanunu Ali Məclisin sədri tərəfindən imzalanaraq Azərbaycan Milli Məclisinə təqdim edilir. Milli Məclis təsdiq etdikdən və Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalandıqdan sonra Konstitusiya qanunu şəklində qəbul edilən bu dəyişikliklər qüvvəyə minəcək".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev deyib. 
O bildirib ki, əsas məsələ Naxçıvan Konstitusiyasının 5-ci maddəsindəki ‘ali vəzifəli şəxs’ statusunun ləğvidir:
"İndiyə qədər Naxçıvanın ali vəzifəli şəxsi Ali Məclisin sədri sayılırdı və faktiki olaraq rəhbərlik ona aid idi. Bu maddə Konstitusiyadan çıxarılır, yəni Naxçıvanın ayrıca ali rəhbəri olmayacaq və rəhbərlik birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabe olacaq.
Həmçinin, Naxçıvan Nazirlər Kabineti də Ali Məclisə tabe olmaqdan çıxarılır və Prezidentin tabeliyinə verilir. Bu da o deməkdir ki, böyük ehtimalla kabinet üzvləri Prezident tərəfindən təyin və azad ediləcək. Eyni zamanda, yeni maddəyə görə, icra başçıları Ali Məclis sədrinin təqdimatı əsasında Prezident tərəfindən təyin və azad ediləcək. 
Dəyişikliklər Muxtar Respublikanın səlahiyyətlərinin xeyli dərəcədə mərkəzə ötürülməsi və Naxçıvanda idarəçiliyin şəffaflaşdırılması üçün mühüm addımdır. Bu islahatlar Azərbaycan dövlət idarəçiliyinin təkmilləşdirilməsinin bir hissəsidir və Naxçıvan da artıq bu prosesdən kənarda qalmır".
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 İyun 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri